Bu gün MİQ imtahanları başlayır

Bu gündən müəllimlərin işə qəbulu (MİQ) üzrə müsabiqənin test imtahanı mərhələsi başlayır.
Adalet.az xəbər verir ki, imtahanların keçirləcəyi tarix, saat və yer barədə məlumat bir neçə gün öncə iştirakçıların şəxsi kabinetlərinə göndərilib.
Beləliklə, MİQ-ə buraxılan müəllimlər imtahanların nə vaxt və harda keçiriləcəyini artıq bilirlər.
MİQ imtahanları iyulun 3-10-u aralığında keçiriləcək.
Müəllimlərin işə qəbulu üzrə müsabiqə elektron ərizədəki göstəricilərin yoxlanılması, test imtahanı, vakant yerlərin seçilməsi və müsahibə olmaqla 4 mərhələdən ibarətdir.
Test imtahanında hər bir namizədə onun ixtisası üzrə ümumi təhsil müəssisələrinin fənn proqramlarına aid 40 sual, tədris metodikası və təlim strategiyalarına aid 20 sual (ümumilikdə 60) təqdim ediləcək.
Test tapşırıqlarının cavablandırılması üçün namizədlərə 150 dəqiqə vaxt verilir.
Bu mərhələdə ixtisas üzrə düzgün cavablandırılan bir sual 2 bal, tədris metodikası və təlim strategiyaları üzrə isə 1 bal olaraq hesablanacaq.
Ümumilikdə cavablara 100 ballıq qiymətləndirmə sistemi tətbiq ediləcək.
Qaydalara əsasən, ixtisas üzrə 1 səhv cavablandırılmış sual - 0,5 bal, tədris metodikası üzrə isə - 0,25 bal şəklində hesablanaraq namizədin imtahan nəticəsindən çıxılacaq.
Test imtahanında ümumtəhsil proqramı üzrə minimun 34 bal və tədris metodikası üzrə minimum 6 bal olmaqla, ümumi 40 bal və daha yüksək nəticə göstərən namizədlər vakant yerlərin seçiminə buraxılır.
Test imtahanı mərhələsində keçid balı toplamış namizədlər 8 vakant yer seçə bilərlər. Namizədlərin vakant yerlərə yerləşdirilməsi onların elektron ərizədə qeyd etdikləri seçim ardıcıllığı gözlənilməklə aparılır.
Digər Xəbərlər

Rus dilində təhsil dayandırılır? - Nazirlikdən AÇIQLAMA

Azərbaycan Universitetində magistratura səviyyəsi üzrə yeni ixtisas açılıb

Magistraturaya daxil olmaq istəyənlərin NƏZƏRİNƏ!

Xaricdən Azərbaycan universitetlərinə köçürülmək istəyənlərin NƏZƏRİNƏ!

DİM Azərbaycan dili fənni üzrə ikinci cəhd test imtahanı keçirəcək

II və III qruplara imtahan verəcək abituriyentin nəzərinə!

Azərbaycandan 500 gənc xaricdə təhsil alacaq
