02 Iyul 2025 18:05
111
MƏMLƏKƏT

Cəbrayıla qayıdış: yeni başlanğıclar... - VİDEO

30 ildən artıq bir müddətdə Bakıda ağır şəraitdə yaşamış Cəbrayıl sakini, keçmiş məcburi köçkün Diriş Məmmədova ailəsi ilə birlikdə doğma torpağına - Cəbrayıla qayıdıb.

Uzun illərin həsrəti, çəkilən əziyyətlər arxada qalıb. İndi isə ata-baba yurduna qovuşmanın, doğma ocağa geri dönməyin sevincini yaşayırlar. Zamanında ağrılı-acılı ayrılığın yerini bu gün sonsuz sevinclə dolu qayıdış hissi alıb. Bir zamanlar ayrıldıqları torpağa yenidən qovuşmaq əvəzsiz bir xoşbəxtlikdir.

Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Böyük Qayıdışa dair I Dövlət Proqramının icrası çərçivəsində müvəqqəti məskunlaşma yerlərindən daimi yaşayış üçün öz ata-baba yurduna geri dönən keçmiş məcburi köçkünlərin təəssüratlarını əks etdirən videoçarxların çəkilişini davam etdirir.