adalet.az header logo
  • Bakı 13°C

Biri etirazmı dedi? - Əzizə İsmayılova yazır

ƏZİZƏ İSMAYILOVA
84090 | 2019-04-11 10:04

Bu məsələdə qaranlıq vəaydınlıq gətirilməli məsələlər olduqca çox olduğu üçün bir daha nəsə yazmağıdüşünmürdüm... Amma...

Xəbəryazıblar ki,"Deputatlar Elinanın intihar videosunu yayanlara etiraz etdi".

3 nəfər deputat etiraz edibmiş... Tahir Mirkişili, DilarəCəbrayılova və Kamilə Əliyeva...

Deməli, məktəbdə bu boyda özbaşınalıq olduğu ortayaçıxdı. Direktor şagirdləri valideynlərinə görə dəyərləndirdiyini sübut edən"yazın ki, uğursuz ailənin uşağıdır, pozğun ailənin uşağıdır, anası 2-cidəfə ərə gedib, qızına vaxt ayırmır" açıqlamasını etdi, qızın rəfiqələrivə anası dəfələrlə şikayətlərinə baxılmadıqlarını dedilər, məktəbin psixoloquümumiyyətlə gözə dəymədi, müdirəsi "araşdırma müddətinə işdənuzaqlaşdırldı". İddia olundu ki, Elina özünü atandan sonra "bəlkəözünə gələr" təfəkkürü ilə 2 saat ərzində təcili yardım çağırılmayıb,təcili yardım gələndə də "zəhərlənmə" diaqnozu ilə tam başqa yerəaparıb... Məktəb direktoru uşağın anasına susmaq üçün Badamdarda ən bahalıyerdən torpaq sahəsi vəd edib.. və s. Yayılan məlumatlardan nə düzdü, nə səhvdiheç kim ayrıd edə bilmir, aləm dəyib bir birinə, Təhsil Nazirliyi ağzına sualıb susur, elə bircə kəlmə "araşdırma gedir" deyib çəkilib hərə özkabinetinə. Deyən olmur ki, hanı bu Nazirliyin Naziri, əslində nə baş verir? -hörmətli deputatlardan buna etiraz edən olmur.

Xəstəxanadan uşağın səhhəti haqda ailəsinə yanlış məlumatverilir, gah deyilir qolu sınıb, gah deyilir, onurğası zədələnib. Ailəsi ilətelefon danışığında həkim açıq aşkar deyir- "gəlməyə ehtiyac yoxdur. Sabahpalataya köçürüləcək", sabahı qız ölür.

Xəstəxanadan canlı yayım edilir, o boyda hay-həşirəqabağa çıxan bir həkim olmur, ölür qalır ortalıqda, qabağa çıxıb bu məsələyəbir izah, bir aydınlıq verən olmur. Biri deyir Vüqar həkimlikdir, o biri deyirVasif həkimlikdir... Səhiyyə Nazirliyi də sanki heç nədən xəbəri yoxmuş kimiağzına sua alıb susur, yenə də "araşdırma" gedir deyib öz işlərinədavam edirlər - deputatlardan qabağa şıxıb etiraz edən olmur.. İndi videoyayanlara etiraz edirlər...

Nəymiş?- bütün cəmiyyətlərdə intihar hadisələri olurmuş.Sayın vəkillər deməsəydi, Elinanın intiharını ilkə yazacaqdıq...

Videonun yayılmasına gəlincə, şəxsən mən də belə şeylərinəleyhinəyəm. Bəli, videonun özündə belə sual doğuran məqamlar çoxdur. Ən böyüksual 3-cü mərtəbədən yıxılan uşağın o şəkildə rahat danışa bilməsi, bir qədəraydın deyil..

Yazılmır da o video nə vaxt çəkilib? Kimçəkib? Sorğu-sual harda aparılır? və s.... Düşünürəm ki, bu gün yayılanvideonun sorğu-sual hissəsi ola bilər əvvəlki cəhdlərində çəkilib. Xalası qızıbildirmişdi ki, "Elina dəfələrlə intihara cəhd edib".

Amma və lakin... cəmiyyətə bu cür etinasız,saymazyana münasibət, inamınızı öldürmənizə səbəb olduğu üçün, kimsə kimisənəyəsə başqa cür inandıracağına inanmır. Elə ona görə də istintaqa təqdimolunmalı videolar, votsap, facebook, instaqramı başına götürür..Hər kəsbacardığı kimi qışqırmağa çalışır, bəlkə eşidən oldu...

Hörmətli deputatlar, baxın görün,etiraza əslində hardan başlamaq lazım idi?... Lap tutaq ki, jurnalist gündəmərəng qatmaq üçün sizə sual verib ki, "videonun yayılmasına münasibətiniznecədir?" siz də çarəsiz cavablandırmısınız. O zaman "mən bu məsələhaqqında danışmayım" deməniz daha məntiqli və daha aydın olmazdımı?...

Etiraz olunmalı, sual verilməli bu qədəradam varkən, etirazda bulunduğunuz məsələ ən son mərhələdir. Dəyməzdi.

Onsuz da olan Elinaya oldu. burda yaxacırıb, saç yolmaqla deyil. Yetişdirdiyiniz cəmiyyət, qarşısına qoyduğunuzgüzgüdən üzünüzə gülümsəməkdədir... Durumdan hərə bir cür yararlanmağaçalışmaqla heç nə düzələn deyil, heç nə...

Təəssüf....


TƏQVİM / ARXİV