SON DƏQİQƏ:

Nicat NOVRUZOĞLU: SƏDR, AT AL, AT!

  27316   |  
Şriftin ölçüsü  

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi çox qısa bir zaman kəsiyində neçə-neçə uğura imza atıb. Komitə şəffaflığın tam təmin edilməsinə, əvvəlki illərdən yığılıb qalmış problemlərin həll olunmasında, məcburi köçkünlərin rahat mənzillərlə təmini üçün yeni binaların tikilməsində, yeni qəsəbələrin salınmasında çox mühüm addımlar atır. Eyni zamanda komitə bütün qapılarını ev-eşiyindən didərgin düşmüşlərin hamısının üzünə açdı. Özü də təkcə qəbul günlərində deyil, günün hər saatında sədr hər bir şikayətçini qəbul etməyə, dinləməyə və problemlərini həll etməyə hazırdı, vaxtının çoxunu da köçkünlərin yaşadığı bölgələrə, qəsəbələrə gedib onlarla birbaşa təmasda olmağa çalışır.

2000-ci ildə Ulu Öndər Heydər Əliyev prokurorluqla bağlı belə bir ifadə işlətmişdi: «Prokurorluğun pəncərələrini açın, orda xoş olmayan hava dəyişsin». İndi Rövşən Rzayev də komitənin pəncərələrini açıb oranın xoş olmayan havasını dəyişir.


Deməli, bütün bunlar qalıb bir kənarda, sədr üçün ayrılan bir avtomobil ağzıgöyçəklər üçün söz-söhbətə səbəb olub. Bu avtomobil də nazirlər və komitə sədrləri üçün hökumətin ayırdığı avtomobillərdən biridi.

Yadıma vaxtilə qəzetimizdə getmiş və manşetə çıxarılmış bir yazı düşdü : «Elman Məmmədov, at al, at!».

90-cı illərin ortalarıdı. Xocalı camaatı da ölkənin 60-dan çox rayonuna dağılıb. Hamı da başçını görmək istəyir. Həmin dövrün icra başçısı Elman Məmmədovun da bir xidməti maşını var, elə xocalıların günündədi, tökülüb-itir, çox vaxt yolda qalır. Onda bizim müdir də belə bir məqalə yazmışdı ki, Elman Məmmədov, bilirəm, maşın almağa pulun yoxdu, at al, at.

İndi bir milyondan artıq məcburi köçkünlərin problemləri ilə məşğul olan komitə sədri atla gəzməlidi?!


Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2020-09-30

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
September: 1 03 5, 6, 10, 12, 15, 17, 19, 22,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Ramiz Mehdiyev istefa versin?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Erməni  Aşotla  gürcü Vano almanlardan  qaçıb gizlənirlər.  Hərəsi  bir quyuya girir.  Almanlar  Aşotu  tapırlar,  əsir  götürüb  aparırlar.  Aşot  Vanonun  gizləndiyi   quyunun  yanından keçəndə  deyir:

- Vano, çıx, bizi tapdılar.

ARXİV

TƏQVİM

FACEBOOK