SON DƏQİQƏ:

Təzyiq yazısı

  20003   |  
Şriftin ölçüsü  
Orta məktəbdən yadımda qalan bir düstur var, daha doğrusu, nəzəriyyə. Yəni deyirlər ki, təsir əks təsirə bərabərdir. Bunun nə qədər doğru olub-olmadığını alimlər daha yaxşı bilər. Alimlərdən sonra alimlərin yanında əyləşənlər bilər, bir az sonra alimlərdən dərs alanlar bilər. Bir az sonra da kim istəsə. Yəni elmə marağı olan hər kəs az-çox elmlə bağlı nəyisə bilir və bunu bilib yadında saxlamaq onun özəl işidir...
Son vaxtlar dost-tanışla görüşəndə, hal-əhval soruşanda hamı təbiətdən, sağlamlığından giley edir. İstər redaksiyamızda, istərsə də onun özəl mühitindən kənarda olan mənə yaxın insanların böyük əksəriyyəti indi iqlim dəyişikliyindən, bunun fəsadı kimi də qan təzyiqindən "əl aparıb dad gətirir". Yəni əksəriyyətinin cibində, yaxud çantasında bir xışma təzyiq dərmanı var. Hətta zarafatla bir-birilərinə kimin daha güclü təzyiq dərmanı qəbul etməsi barəsində müzakirələr də açırlar. Mən özüm də bu bəlanın daşıyıcısı kimi onları yaxşı başa düşürəm. Bilirəm ki, bu zarafatla qan təzyiqinin bir az "köpünü" almaq istəyirlər. Lap konkret ifadə etsəm, onu gözdən salmağa, əhəmiyyətsiz bir şey kimi unutmağa çalışırlar. Amma bu şoqərib də tanıdığı yaxadan istəyini almayınca əl çəkmir ki, çəkmir. İstəyi də bəllidir... Arzusu gözündə qalsın.
İnsan içindəkiləri dilinə gətirəndə bir az rahatlıq tapır. Sevinirəm ki, ürəyimdən keçənləri, düşüncələrimi bölüşməyə dostlar, həmkarlar var. Bu bir az, necə deyərlər, səbbimi alır. Yəni özümə qapılmaqdan, tərki-dünya olmaqdan məni qoparır və özüm də bilmədən ətrafımdakıların xoş ovqatına az da olsa qoşula bilirəm. Təsəllim də budur ki, "elnən gələn bəla toy bayramdır"!!! İndi şəkər xəstəliyi və qan təzyiqi elnən gələn bəlaya çevrilib. İnanmırsınızsa, qarşınıza çıxan on adam arasında sorğu keçirin. Ən azı onlardan beş-altısı dediyim o bəlaya düçar olmuşlardandır və bu halda həmin o dediyim atalar sözü öz gerçəkliyini ortaya qoymuş olur. Baxıb ətrafındakılara özün-özünə təsəlli verib şükür edirsən. Necə deyərlər, bu günə də şükür, Allah betərindən qorusun!
İstər telekanalların, istər mətbuatın son vaxtlar önəm verdiyi məsələlərdən biri də iqlim dəyişikliyidir. Hətta telekanallardan biri Amerika alimlərinin ilginc bir xəbərini yayımlamışdı. Bəyan edilirdi ki, 2015-ci ilə qədər dünyada çox kəskin iqlim problemləri yaşanacaq. Qasırğalar, sellər, quraqlıq, maqnit dalğaları və s. Doğrudur, bizim teleaparıcı təsəlli üçün dedi ki, həmin fəsadların böyük bir qismi Afrika qitəsinə düşür, amma nə dəxli var, hər yerdə insan insandı, təbiət də təbiət...
İndi də neçə gündü oturub özüm üçün həmin o Amerika alimlərinin ilginc xəbərini sağa, sola saf-çürük edirəm. Düşünürəm ki, görüm onun şəfəsi bizi nə qədər tuta bilərdi, hansı hallarla qarşılaşa bilərdik, ondan necə qorunmaq olardı... Doğrudur, dost-tanış deyir ki, bu nevroz da səni birtəhər edəcək. Dünyanın dərdi sənə qalıb? Mən onları qınamıram. Təbii ki, dünyanın dərdi mənə qalmayıb və mən də heç dünyanın yadına düşmürəm. Sadəcə nevrozdu də öz işini görür. Bax, həmin o hisslərin təsiri ilə öz-özümə pıçıldayıram:
indi
dünyanın hər yerində
iqlim dəyişikliyindən
söhbətlər gedir...
və bu da
bəllidir ki,
hər kəsə
və hər yerdə
fərqli təsirlər edir...
səni izləyən gözlərim
köynəyimdən keçirən
ürəyim
bir sözlə -
varlığım, ruhum
düşünür ki,
SƏNİ
heç kim bilmədən
pünhan -
iqlim dəyişikliyindən
necə qoruyum? -
axı çox zərifsən! -
gülüm, Sən.


Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2020-11-23

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
November: 21, 19, 17, 14, 12, 11, 07 05, 03,
October: 31,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

«McDonalds»ı boykot etmisinizmi?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Təyyarə qəzaya  uğrayır, səbəb də Paşinyan olur. Deməli, Erkin Qədirli, Paşinyan  və Saakaşvili sağ qalıb bir kimsəsiz adaya düşürlər.  Ac-susuz, Erkin hər  aclığı tutanda Paşinyanı  salır  təpiyinin  altına, Saakaşvili birtəhər tutub Paşinyanı  Erkinin  əlindən alır. Day döyülməkdən  Paşinyanın  üz-gözü qalmayıb, qaçıb  gizlənməyə yer də yoxdu. Deyirlər  balıq tutaq  heç olmasa. Dənizin  kənarında oturub balıq tuturlar.

Əllərinə bir qızıl balıq  düşür. Qızıl balıq yalvarır ki, məni buraxın, hərənizin bir  arzusunu  yerinə yetirim.

Saakaşvili deyir:

- Məni at Tiflisə. Çoxdandı ev  çaxırı içmirəm, çexoxbili yemirəm.

Balıq Saakaşvilini atır Tiflisə.

Paşinyan deyir:

 Balıq qardaş, məni də at Tiflisə, Saakaşvilinin  yanına, yoxsa bu türk  məni  minəcək.

Balıq onu da atır  Tiflisə.

Erkin Qədirli deyir:

- Sən  belə elə də, bir qəşəng süfrə aç – xaş, sirkə-sarımsaq , üstünə nar  sıxılmış soğan, bir də tut arağı, o oğraş Paşinyanı da qaytar geri.

ARXİV

TƏQVİM

FACEBOOK