SON DƏQİQƏ:

QİYMƏTSİZLƏŞMƏYİN

  61288   |  
Şriftin ölçüsü  

Qiymət deyən kimi tarif şurası yadıma düşür. Söysəniz də, söyməsəniz də bir həqiqəti yazmalıyam ki, mənim tarif şurasına həmişə hörmətim olub. Bu hörməti o qoyduğu qiymətlərlə qazanıb. Nə qədər acı da olsa qazımızı, işığımızı, benzinimizi qiymətə mindirib. Ona görə də hörməti haqq edib.

Mən tarf şurasını niyə sevməməliyəm ki? Axı onun qiymətləndirməsindən sonra hər qiymətsiz tutduğumuz zadımızın qiymətini, qədrini bilmişik. Qazı az fısıldatmışıq, işığı az közərtmişik. Axır vaxtlar suyu da yerə düşməyə qoymuruq. Yerdəkilər su üzünə həsrət qalıb.

Tarif özünü qiymətdən salsa da həmişə başqasına qiymət verməyi bacarıb. Bu məndə həmişə bir ümid yaradıb. İnanıram ki, nə vaxtsa tarif biz insanların da qiymətini qaldıracaq. Bizi də dəyərləndirəcək. Və bizlər bir-birimizin qiymətli olmağını anlayacağıq. Başa düşəcəyik ki, bu dünyada ən qiymətli elə özümüzük. Bax, onda başlayacağıq qazımızı, enerjimizi, suyumuzu qoruduğumuz kimi bir-birimizi də qorumağa.

Qiymət gözəl dəyərdir. Bu dəyər və yaxud qiymət nə qədər zəngin olsa bir o qədər də üzərində olduğu hər bir şeyin, zadın mühafizəsini təmin edər. Qiymətsizlər isə unudular, tapdalanar, əzilər.

Gördüyüm qiymətsiz dəyərinin düşdüyündə büzüşmüşdü. Zamanında qiyməti babat idi. Zənbillərdə gəzirdi, stolları bəzəyirdi. Birisi onu ağzına soxan anı, digəri qabığını soyan anı, o birisi dişlədiyi anı ölümsüzləşdirib maraqlı pozalarla şəbəkələrdə paylaşırdı. İndi isə o, qiymətdən düşdüyündən qalıb piştaxtanın bir küncündə. Elə bil dünənəcən üstündə cürbəcür vitamin daşıyan, səhərlər acqarına yeyilən o deyil.

Axı sən niyə bu günə düşdün? Sənin bu gününə bir yaxşı meymun lazımdı ağlaya. Bəli, bəli, meymun. Çünki onu ancaq meymun ağlaya bilər. Çünki bananı meymunsuz, meymunu da banansız təsəvvür etmək mümkünsüzdür. Bananın bütün cikin-bikin meymun bilir. Və bildiyindən də onu ondan sanballı ağlayan olmaz.

Bəli, bananın qiyməti düşüb. O boyda yol gələ-gələ gəlib çıxıb odlar diyarına, özü də kilosu 1 manat 50 qəpiyə. Demək olar ki, yarıbayarı qiyməti düşüb.

Əvvəllər kilosu 3 manata yaxın idi. Hərə bir cürə pul qazanırdı ondan. Mənim tanıdıqlarım ondan yazıb pul qazanırdılar. Necə ki, indi mən də bu yazıma görə qonorar qazanacam.

Əvvəllər hər böyründən keçən alıb torbasına atırdı onu. Atırdı ki, qoy desinlər torbasında banan da var. Banan torbalar yükü idi.

Artıq gedib bananın o forslu vaxtları. Heç kim manat yarımlıq meyvəni özünə yük eləmir. Kal-kal satılıb qurtaran banan indi alıcı həsrətindən sapsarı saralıb. Lap o işdən çıxarılan məmurlara oxşayır. (Sizləri bananla müqayisə etdiyimə görə üzr istəyirəm.) Elə bil sərəncamını gözləyir. Sərəncam həsrətiylə də saralıb solur.

İndi onun ətrafında başqaları at oynadır. Alma, armud fəğan eyləyir. Hələ qarpızı demirəm. Tamam dəyişib qiymətini. Özünü qiymətə mindirib. Yemiş də pis deyil. "Xod” gedənlər sırasındadır.

Zəmanə birdən dəyişdi. Bu zəmanənin güdazına banan getdi. Bananı hansı islahat, hansı monopolist, hansı məmur bu hala saldı, bilmirəm. Bir onu bilirəm ki, banan bir də özünə gəlsə bizə divan tutacaq. Dərimizə saman təpəcək. Cibimizə bomba qoyacaq. Gözümüzə ox olacaq.

Bax onda qiymətli bananı hamı sevəcək. Çünki biz qiymətliləri sevirik. Banan olsa belə.

Nicat Novruzoğlu


Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-05-17

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
May: 18, 08, 06, 04, 01,
April: 29, 27, 24, 22, 20,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Azərbaycanda futbol var?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Futbol üzrə Avropa çempionatının qrup mərhələsi. Portuqaliya  -Azərbaycan. Oyunun 17-ci dəqiqəsi, hesab 2 -0 -dı, Ronaldo vərimə zərbəsi vurmağa hazırlaşır. Baş məşqiçi Brayze oyunçulara tapşırıqlarını verir, yığmamızınoyunçuları cərimə meydanşadında canlı sədd qurublar,  hamı topa baxır, Bədavi Hüseynov əksinə öz qapımıza baxır.

Kapitan Maksim Medvedev:

- Bədavi hara baxırsan? üzünü çevir.

Bədavi:

 - Siz hara baxırsınız -baxın, mən qolu görmək istəyirəm.

ARXİV

TƏQVİM

FACEBOOK