SON DƏQİQƏ:

KÖHNƏ ÜNVANLAR, KÖHNƏ ADLAR

  39872   |  
Şriftin ölçüsü  

Bu gün Bakıda elə küçələr, elə yerlər var ki, onların adı düz 30 il bundan əvvəl qoyulub və bəzi adlarsa hətta ondan qabaq yazılıb. Təbii ki, bu köhnə adlar, köhnə ünvanlar Sovet dönəmindən qalmış miraslardı. Biz heç də Sovet dönəminin yaxşı və müsbət tərəflərini yaddan çıxarmamışıq. Ən azından ona görə ki, biz özümüz də o dövrün «şinelindən» çıxmışıq və o dövrün ab-havası ilə böyümüşük…

Bunların heç biriylə bizim işimiz yoxdu. Biz onu yada salmaq istəyirik ki, Bakının bəzi yaşayış məntəqələrində və sahələrində küçələrə qoyulmuş adlar indi çox qəribə səslənir. Uzun müddət düşünmüşük ki, yəqin müstəqillik dövrünə qədəm qoyandan sonra bu cür problemlər zaman-zaman aradan qalxar. Amma illər keçir, onilliklər ötür həmin məsələlər bu gün qədər öz həllini tapa bilməyib.

Və biz də düşündük ki, əgər bu məsələlər və problemlər on illərdi həllini tapa bilmirsə, onu yenidən yada salaq və xatırlayaq. Bəlkə bu xatırlamadan və yada salmadan sonra Sovet dövründən qalmış həmin ünvanlar dəyişidirilər.

Biz 30 ilə yaxındır ki, Suraxanı rayonunun Yeni Günəşli yaşayış sahəsində yaşayırıq. Artıq biz köhnə adlara və köhnə ünvanlara öyrəşmişik. Elə birinci başlayaq Yeni Günəşlinin adından. Ola bilər bu söz bu və ya digər dərəcədə öz mənasıyla qüsurlu deyil. Amma gəlin onunla razılaşaq ki, 50 mindən çox əhalinin yaşadığı yaşayış sahəsinə daha yaxşı bir ad vermək olardı. Axı zarafat deyil, Yeni Günəşli böyük bir qəsəbədi və burda çoxlu sayda məktəblər, uşaq bağaçaları , sosial obyektlər fəaliyyət göstərir.

Deməli, bu yaşayış sahəsinə də çox gözəl bir ad verəmk olardı. Bizim o qədər Milli Qəhrəmanlarımız, şəhid oğullarımız, elm xadimlərimiz və eyni zamanda mədəniyyət sahəsində çalışan ziyalılarımız var ki. Təbii ki, onlar öz istedadları və mövqelərilə ölkəmizin tarixinə yeni səhifələr yazıblar.

Sözümüzün canı ondan ibarətdir ki, Günəşliyə çox vaxt Çənlibel də deyirlər. Elə bura Koroğlunun da adını qoymaq olar… elə bura Azərbaycanın Milli qəhrəmanı Mübariz İbrahimovun da adını qoymaq mümkündü… elə bura Azərbaycanın böyük şairləri Məmməd Arazın, Bəxtiyar Vahabzadənin də adını qoymaq olar… elə bura çox yox, Günəşlinin özündən çıxan istedadlı ziyalıların, alimlərin və mütəfəkkirlərin də adını qoymaq bir o qədər də müşkül məsələ deyil…

İndi Sovet dönəmində kimsə deyib ki, bura Yeni Günəşlidi. Elə bu adda rəsmiləşib və tarixə çevrilib. Hələ bu da məsələnin hamısı deyil. Yeni Günəşlidə bir-birinə bənzəyən küçə adları var. Məsələn, «D» massivi, «A-B» massivi, «Q» massivi… tay nə bilim hansı massivlər. Hətta binalara belə lövhələr də vurulub.

İndi görəsən bu məsələ nə vaxta qədər öz yerində sayacaq? Yəni nə vaxta qədər bu cür adlar hələ də bizim gözümüzü qabar edəcək. Qəribədir ki, bu məsələlər uzun illərdir ki, heç kəsin diqqətini cəlb eləmir…

Axı bayaq dedik, bizim o qədər tarixi şəxsiyyətlərimiz var ki, onların adına bir küçə də yoxdur. Düşünəndə həmin qəhrəmanları biz zaman-zaman yaddan çıxarmağımıza təəssüflənirik. Yəni bu qəhrəmanlar da biz tərəfdən yada salınmalı, adları əbədiləşdirilməlidir. Elə Günəşlidə 6-7 küçəyə tanınmış Azərbaycan qəhrəmanlarının, şairlərinin, yazıçılarının və ziyalılarının adını vermək mümkündür. Sadəcə olaraq, bu məsələlər və problemlər bizim fikrimizcə, əlaqədar qurumlar qarşısında səsləndirilməyib. Bəlkə də həmin məsələlər bir vaxtlar adiyyəti qurumlar qarşısında yada salınsaydı, səslənsəydi təbii ki, bu problemlər çoxdan öz həllini tapmışdı.

Bu yazımızı oxuyan bəzi insanlar bəlkə də bizi qınayacaqlar. Deyəcəklər ki, ay rəhmətliyin oğlu, işin-gücün bu vaxtında heç ad dəyişmək vaxtıdı? Camaatın o qədər problemi, qayğısı, sıxıntısı var ki, indi qəsəbə adını dəyişdirmək, küçələrə yeni ad vermək kimin yadına düşür?!

Ola bilər, bu məsələlər kiminsə yadına düşməsin. Amma ola bilməz ki, bəzi əlaqədar təşkilatlar bizim qaldarıdığımız problemlər maraqlanmasın. Çünki birmənalı olaraq hər hansı məsələdə dövlət qurumlarını qınamaq və ittiham etmək hardasa ədalətsizlik kimi qəbul edilməlidir. Ən azından ona görə ki, hər hansı problem həmin qurumlar qarşısında qaldırılmalı və bundan sonra məsələnin həllini gözləmək lazımdır.

Biz də inanırıq ki, adiyyəti qurumlarda millətini, dövlətini, xalqını sevən kifayət qədər vətənpərvər insanlar çalışırlar. Və elə biz də bu vətənpərvər dövlətə, millətə xidmət edən vəzifə sahiblərinin nəzərinə bu məsələləri çatdırırıq. Çatdırırıq ki, onlar bilsinlər ki, Sovet dönəmindən qalan bu adlara yenidən baxmaq mümkündür. Yenidən baxmaqla biz həm buraxdığımız səhvləri düzəldər, həm də yeni bir tarixə düzgün və ədalətlə yanaşarıq. Çünki bundan həm də on minlərlə insan razı qalar.

Biz məsələyə öz münasibətimizi bildirdik. Bircə qaldı adiyyəti qurumların qaldırdığımız problemlərinə necə yanaşmaq məsələsinə. Amma ümidvarıq ki, bizim toxunduğumuz problemlə həmin adamları hərəkətə gətirəcək, əksinə, onlar məsələnin həlli üçün qısa zaman kəsiyində lazımi addımlar atacaqlar.


Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-01-20
2021-01-19

Video

Yazarlar

MARAQLI

DÜNYA

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Azərbaycanlılarla ermənilər birlikdə yaşaya bilərmi?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vəli Xramçaylı görür ki, bir nəfər əyilib arxdan su içmək istəyir. Qışqırır ki:

- Ayə, nağayrersan, ordan su içmə, kanalizasiyadı.

Adam başını qaldırıb:

- Hinç axper?

Vəli:

- Boyy, bu erməniymişki əəə.. Heç deyirəm ki, ikiəlli iç.

ARXİV

TƏQVİM

FACEBOOK