adalet.az header logo
  • Bakı -°C
17 Iyun 2026 14:46
67
HADİSƏ
A- A+

Əhmədlidə açıq ərazidəki yanğın söndürüldü - Yenilənib

Açıq ərazidə baş vermiş yanğın operativ şəkildə söndürülüb.

Adalet.az xəbər verir ki, hadisə yerinə cəlb olunan yanğınsöndürənlərin çevik müdaxiləsi nəticəsində alovun geniş əraziyə yayılmasının qarşısı alınıb.

Görülən təxirəsalınmaz tədbirlər sayəsində yanğın qısa müddətdə nəzarətə götürülərək tam söndürülüb. Beləliklə, ətraf ərazilərin və yaxınlıqdakı sahələrin yanğından zərər görməsinə imkan verilməyib.

Faktla bağlı araşdırma aparılır.

***

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsində açıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub. 

Adalet.az xəbər verir ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam edir. 

Əlavə məlumat veriləcək.