SON DƏQİQƏ:

"SNAYPER QIZ"

  32642   |  
Şriftin ölçüsü  

Camal Zeynaloğlunun yeni kitabı belə adlanır

Yaxın günlərin söhbətidir. "Azərbaycan" nəşriyyatının 6-cı mərtəbəsində qələm dostum Camal Zeynaloğlu ilə qarşılaşdım. Açığını deyim ki, bir şəhərdə yaşasaq da xeyli vaxt idi ki, Camal müəllimdən xəbərim yox idi. Bu təsadüfi görüşümüz həm də bizim "xəbərsizliyimizin" də sirrini açdı. Məlum oldu ki, Camal Zeynaloğlu vaxtı, zamanı boşuna xərcləməyib. Yeni bir kitabın dünyaya gəlməsi üçün özünü, sözünü yazı masasına köçürüb. Və nəticədə "Snayper qız" adlı bir kitab dünyaya gəlib.

Nəfis şəkildə çap olunmuş bu kitab 256 səhifə olmaqla oxucuların ixtiyarına verilib. Kitabın redaktoru Xeyrulla Balaxanlı "Vətən sevdalı yazıçı" adlı ön sözündə vurğulayıb ki, Camal Zeynaloğlu "aprel döyüşünü çoxdan gözləyirdi". Mən bu fikri oxuyarkən bir anlıq dayandım və düşündüm. Çünki Camal Zeynaloğlu yaradıcılığı demək olar ki, mənə bütünlüklə bəllidir. Və oxuduğum əsərlərinin böyük hissəsini mövzu baxımından vətən, savaş, qaçqınlıq, yuxusuzluq və təbii ki, bir də sabaha, qələbəyə inam təşkil edir. Onun əsərlərində əsas xətt, yəni şah damar inamdı, ümiddi. Bu da yazıçının həyata baxışından, özünün daxili enerjisinin ünvanlandığı yerin, məqsədin ifadəsidi. Yəni bir yazıçı olaraq Camal Zeynaloğlu işığın qaranlığa qalib gəldiyini, haqqın zəfər aldığını oxucuya ən ləziz yemək kimi təqdim edir. Və nəticədə də oxucu onun fikirlərini rahatlıqla özününküləşdirir.

Əvvəlki əsərlərində olduğu kimi, "Snayper qız" kitabında da Camal Zeynaloğlu oxuculara özünün 16 əsərini təqdim edib. Bunların bir qisimi sənədli povestlər, digərləri isə həm sənədli, həm də bədii hekayələrdir. Demək olar ki, kitabdakı bütün nəsr nümunələri mövzusu Qarabağdı, Qarabağdakı savaşımızdı, Qarabağ uğrunda axıdılan qanımızdı və təbii ki, bütün əsərlərin sonunda da haqq qalib gəlir. Mən Camalın bu kitabında bir məqamın da şahidi oldum. Onun sənədli povestlərinin qəhrəmanları millətimizin, xalqımızın fəxri olan real insanlardı. Məsələn, "Qaniçənlər" sənədli povestində Mehdiyev İlqar Ərşad oğlunun obrazı yaradılıb. İlqar Ərşadoğlu öz qəhrəmanlığı ilə tarix yazmış Cəbrayıl rayon icra hakimiyyəti başçısının Cəbrayıl şəhər üzrə icra hakimiyyəti vəzifəsində işləyib. Erməni əsirliyində əyilməyib, sınmayıb. Bayrağımızı canından üstün bilib, başının üstündə saxlayıb. Bax, bu cür tanınan insanların qəhrəmanlığını bədiiləşdirib sənədli povestin mövzusuna çevirmək ustalığı Camal Zeynaloğlu yaradıcılığında demək olar ki, bədii sözün həlli kimi ortaya qoyulubdu. Elə kitabın adını daşıyan "Snayper qız" hekayəsinin qəhrəmanı da düşmənə qan udduran, onların yuxusuna haram qatan xalqımızın sevimlisi Rəhilə Əli qızı Orucovadı. Bu gənc qızın döyüş yolu, onun çevikliyi, qətiyyəti, xüsusilə səbirli və son dərəcə diqqətli olması əsərdə təkcə ifadə olunmayıb, həm də bir rəsm kimi təqdim edilibdi. Hekayəni oxuduqca təkcə sözlərlə, fikirlərlə deyil, həm də Rəhilə Əli qızının portreti ilə də üzbəüz dayanırsan.

Mən Camal Zeynaloğlunun aprel döyüşümüzün ünvanı olan və bayrağımızın yüksəldiyi nöqtənin Lələtəpənin mahiyyətini, onun həm siyasi, həm də psixoloji təsirini ifadə etmək peşəkarlığını bütün mövzularda hiss etdim. Bir daha əmin oldum ki, Camal Zeynaloğlu özünün vətən sevgisini ifadə etməkdə artıq ustalaşıbdı. Həmçinin o, mövzunun əhatə etdiyi coğrafi məkanı da bəzi qələm adamlarından fərqil olaraq incələməyi bacırır, dəqiqləşdirə bilir. Bu mənada istər Cəbrayıl, Füzuli, istər digər bölgələrin təmasını coğrafi baxımdan dürüst bir şəkildə bədii əsərin mayasına qatmaq onun yaradıcılığında alqışlana biləcək bir haldır. Yəni məkanla, zamanla bədii söz Camal Zeynaloğlu ilə yanaşı dayana bilir. Düşünürəm ki, qələm dostumun bu kitabı və bütövlükdə bu kitabda toplanmış savaşımızla bağlı əsərləri Azərbaycan ədəbiyyatının son illərdə daha çox üz tutmağa başladığı müharibə mövzusunun yaxşı bir nümunəsidir. Və bu nümunəyə görə Camal Zeynaloğlunun bir addım önə çıxmağa haqqı var.


Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-03-02
2021-03-01

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
February: 27, 25, 23, 20, 18, 16, 13, 11, 09, 06,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Azərbaycanlılarla ermənilər birlikdə yaşaya bilərmi?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Bayaq görürəm qonşu Şakir kişi sevinclidir.

Mən:

— Nə olub, Şakir dayı, nəyə sevinirsən?

Şakir:

— Tezliklə Bakıdan Ukraynaya təyyarə qalxacaq, ona sevinirəm.

Mən:

— Bu yaşda təkcə təyyarə qalxmaqla iş düzəlmir e, dayı.

Şakir əsəbi halda:

— Sən də adamın yarasını deşməsən dura bilmirsən də.

ARXİV

TƏQVİM

FACEBOOK