DÇ-2026: ABŞ Paraqvay üzərində qələbə qazanıb - YENİLƏNİB
Futbol üzrə dünya çempionatında ABŞ Paraqvay millisinə qalib gəlib.
Adalet.az xəbər verir ki, Los Anceles stadionunda keçirilən D qrupunun matçında ev sahibləri 4:1 hesablı qələbəyə seviniblər.
Amerikalıların qollarını Damyan Bobadilya (7, avtoqol), Folarin Baloqan (31, 45+5) və Giovanni Reyna (90+8) vurublar. Paraqvayın heyətində isə Maurisio (73) dəqiq zərbə müəllifi olub.
Qeyd edək ki, bu qrupun digər oyunu iyunun 14-də, saat 08:00-da Avstraliya və Türkiyə yığmaları arasında keçiriləcək.
06:40
Futbol üzrə dünya çempionatının ABŞ - Paraqvay oyununda dördüncü qol vurulub.
Adalet.az xəbər verir ki, Los Anceles stadionunda keçirilən D qrupunun matçında paraqvaylılar hesba arasındakı fərqi azaldıblar - 1:3.
73-cü dəqiqədə Maurisio buraxılan qollardan birinin əvəzini çıxıb.
06:07
Futbol üzrə dünya çempionatının ABŞ - Paraqvay oyununda ikinci hissə başlayıb.
Adalet.az xəbər verir ki, Los Anceles stadionunda keçirilən D qrupunun matçında ev sahibləri 3:0 hesabı ilə öndədirlər.
Qarşılaşmanı niderlandlı FIFA referisi Denni Makkeli idarə edir.
05:54
Futbol üzrə dünya çempionatının ABŞ - Paraqvay oyununda ilk hissə yekunlaşıb.
Adalet.az xəbər verir ki, Los Anceles stadionunda keçirilən D qrupunun matçında ev sahibləri fasiləyə 3:0 hesabı ilə üstün yollanıblar.
Qarşılaşmanı niderlandlı FIFA referisi Denni Makkeli idarə edir.
05:53
Futbol üzrə dünya çempionatının ABŞ - Paraqvay oyununda üçüncü qol vurulub.
Adalet.az xəbər verir ki, Los Anceles stadionunda keçirilən D qrupunun matçında ev sahibləri fərqi bir qədər də artırıblar - 3:0.
45+5-ci dəqiqədə Folarin Baloqan dubl müəllifi olub.
05:35
Futbol üzrə dünya çempionatının ABŞ - Paraqvay oyununda ikinci qol vurulub.
Adalet.az xəbər verir ki, Los Anceles stadionunda keçirilən D qrupunun matçında ev sahibləri fərqi iki topa çatdırıblar - 2:0.
31 dəqiqədə Folarin Baloqan çərçivəni dəqiq nişan alıb.
05:11
Futbol üzrə dünya çempionatının ABŞ - Paraqvay oyununda hesab açılıb.
Adalet.az xəbər verir ki, Los Anceles stadionunda keçirilən D qrupunun matçında ev sahibləri hesabda irəli çıxıblar.
Paraqvayın heyətində 7-ci dəqiqədə Damyan Bobadilya avtoqol müəllifi olub.
05:03
Futbol üzrə dünya çempionatının ABŞ - Paraqvay oyunu start götürüb.
Adalet.az xəbər verir ki, D qrupunun matçı Los Anceles stadionunda keçirilir.
Qarşılaşmanı niderlandlı FIFA referisi Denni Makkeli idarə edir.


Bakı -°C

