“Tren de Araqua” lideri öldürüldü - Tramp açıqladı
ABŞ Prezidenti Donald Tramp Venesuela mənşəli məşhur cinayətkar qruplaşmanın liderlərindən birinin zərərsizləşdirildiyini bildirib.
Adalet.az xəbər verir ki, prezident sosial şəbəkədə etdiyi paylaşımda "Tren de Araqua" adlı qruplaşmanın rəhbəri kimi tanınan Hektor Rustenford Gerrero Floresin - Nino Gerrero ləqəbi şəxsin xüsusi əməliyyat zamanı öldürüldüyünü açıqlayıb.
Trampın sözlərinə görə, əməliyyat ABŞ hərbi strukturları tərəfindən həyata keçirilib və bu proses Venesuela hakimiyyəti ilə koordinasiya şəraitində baş tutub. O, əməliyyatın keçirildiyi məkan barədə məlumat verməyib.
ABŞ lideri bildirib ki, bu hadisədən sonra qruplaşma üzvlərinin regionda təhlükəsiz fəaliyyət göstərməsi daha da çətinləşəcək.
Qeyd edək ki, ABŞ tərəfindən terror təşkilatı kimi tanınan "Tren de Araqua" narkotik qaçaqmalçılığı, insan alveri, adam oğurluğu, çirkli pulların yuyulması və digər ağır cinayətlərdə ittiham olunur. Qruplaşmanın fəaliyyəti illər ərzində Venesueladan kənara çıxaraq bir sıra Latın Amerikası ölkələrinə yayılıb.
Məlumata görə, Nino Gerrero təşkilatın əsas rəhbərlərindən biri hesab edilirdi və onun tutulması üçün ABŞ tərəfindən milyonlarla dollar məbləğində mükafat təyin olunmuşdu.
ABŞ-nin müdafiə naziri Pete Hegseth də əməliyyatın keçirildiyini təsdiqləyərək qruplaşma liderinin öldürüldüyünü bildirib.
Digər Xəbərlər
13 Iyun 2026 09:08
Pentaqon üçüncü dəfə məxfilikdən çıxarılan UNO materiallarını yayımlayıb
12 Iyun 2026 20:00
“Zərbələrin intensivliyini artıracağıq” - Putin
12 Iyun 2026 19:52
Vens: Tehranla razılaşma İran aktivlərinin blokdan çıxarılmasını nəzərdə tutmur
12 Iyun 2026 19:41


Bakı -°C

