adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7
24 Iyul 2015 23:23
9215
MƏDƏNİYYƏT
A- A+

Astanada türk xalqlarının musiqi festivalı keçirilib

Astanada Ənənəvi Musiqi üzrə Beynəlxalq Şuranın (İCTM) 43-cü ümumdünya konfransı keçirilib.
 
Mədəniyyət və Turizm Nazirliyindən Adalet.az-a verilən məlumata görə, konfrans çərçivəsində TÜRKSOY tərəfindən türk xalqlarının musiqi festivalı təşkil olunub. 
 
Festivalda iştirak edən musiqiçilər orta əsrlərdən etibarən formalaşan zəngin türk musiqi mədəniyyəti nümunələrini, rəqsləri, muğamları, vokal-instrumental ansambl ifaçılığını təqdim ediblər.
 
Türk xalqlarının musiqi mədəniyyətinə, onların qarşılıqlı mübadilə yolu ilə inkişafına həsr edilmiş tədbirdə 70-ə yaxın ölkədən 800 aparıcı ekspert, türkdilli ölkələrin mədəniyyət və incəsənət xadimləri və xarici ölkələrin nümayəndələri iştirak ediblər.
 
Festivalda Azərbaycandan "Aypara” muğam üçlüyü - ikinci respublika muğam müsabiqəsinin qalibi Aytən Məhərrəmova, tarzən Ədalət Behbudov və kamança ifaçısı Pərviz Fərhadov musiqi nömrəsi ilə çıxış ediblər.