adalet.az header logo
  • Bakı -°C
22 Noyabr 2025 11:02
48
HADİSƏ
A- A+

Yanğında tüstüdən zəhərlənənlərin SON DURUMU

Bakıda çoxmərtəbəli yaşayış binasında tüstüdən zəhərlənənlərin son durumu açıqlanıb.

Kliniki Tibbi Mərkəzdən Adalet.az-ın sorğusuna cavab olaraq bildirilib ki, hazırda 7 nəfərin (5-i qadın, 2-si kişi) müalicəsi Toksikologiya şöbəsində davam etdirilir.

Məlumata görə, onlardan 6 nəfərin vəziyyəti orta ağır, 1 nəfər azyaşlının vəziyyəti isə ağır olaraq qiymətləndirilir.

Qeyd edək ki, hadisə zamanı üç nəfər ölüb, 20-dən çox şəxs tüstüdən zəhərlənərək xəstəxanaya aparılmışdı.

Faktla bağlı cinayət işi başlanıb.