Bakıda "Sülh Körpüsü" Təşəbbüsünün növbəti görüşü keçirilib
21-22 noyabr 2025-ci il tarixlərində “Sülh Körpüsü” Təşəbbüsü çərçivəsində Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrindən ibarət qrupun Azərbaycana səfəri baş tutub.
Adalet.az xəbər verir ki, səfər çərçivəsində Təşəbbüsün Ermənistandan olan nümayəndələri Areq Koçinyan, Boris Navasardyan, Naira Sultanyan, Narek Minasyan və Samvel Meliksetyan Azərbaycandan olan həmkarları Fərhad Məmmədov, Rusif Hüseynov, Kəmalə Məmmədova, Ramil İskəndərli və Fuad Abdullayev ilə görüşüblər.
Görüş zamanı Azərbaycan və Ermənistan arasında sülh prosesinin dinamikası, vətəndaş cəmiyyətinin dialoqun bərpasındakı rolu və yaxın gələcəkdə icra olunacaq birgə layihələr müzakirə olunmuş, həmçinin sülh prosesi ilə bağlı hər iki cəmiyyəti maraqlandıran aktual mövzulara da toxunulub.
Bundan əlavə, media məkanında birgə fəaliyyətin intensivləşdirilməsi, ekspert qrupları arasında birbaşa əlaqələrin qurulması, Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin sülh prosesinə daha geniş şəkildə cəlb edilməsi barədə razılıq əldə olunub.
“Sülh Körpüsü” Təşəbbüsü çərçivəsində işgüzar səviyyədə əlaqələrin və hər iki ölkəyə qarşılıqlı səfərlərin davam etdirilməsi də qərara alınıb.
Səfər zamanı “Sülh Körpüsü” Təşəbbüsü üzvləri Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ilə görüşmüşlər. Səmimi şəraitdə keçən fikir mübadiləsi zamanı Vaşinqton görüşündən sonra Azərbaycan və Ermənistan tərəfindən sülh gündəliyinin möhkəmləndirilməsi istiqamətində atılan addımlar müzakirə olunmuşdur. Hikmət Hacıyev Təşəbbüs üzvlərinin suallarını cavablandırıb.
Digər Xəbərlər
22 Noyabr 2025 14:00
Prezident Vahid Əzizi təltif etdi
22 Noyabr 2025 11:19
Ukraynanı Rusiyanin caynaqlarına atan ölkələr, hazır olun - Hərbi ekspert
21 Noyabr 2025 18:07
Sumqayıtın inkişafı və təklif olunan əsas prioritetlər
21 Noyabr 2025 17:59
Əli Əsədov BTİ baş katibi ilə görüşüb
21 Noyabr 2025 17:43
Aygün Attar: “1918-ci ilin ruhu bu gün də yaşayır”
21 Noyabr 2025 17:17
Azərbaycan və Türkiyə parlamentləri arasında müzakirələr aparılıb
21 Noyabr 2025 16:58
Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi açıqlandı
21 Noyabr 2025 16:34


Bakı -°C

