adalet.az header logo
  • Bakı -°C

 Onlar sanki bir mələkdi... - Faiq QİSMƏTOĞLU yazır

FAİQ QİSMƏTOĞLU
204 | 2025-11-22 16:37
A- A+

Ən çətin və ən ağır vaxtlarımızda dostumuz , qardaşımız , gözəl insan , tibb elmləri namizədi , kardioloq Rafiq Yusiflini axtarırıq. Və o da heç vaxt bizi darda qoymayıb, qabagımıza düşüb, bizi bütün müayinələrdən keçirib, çox sağolsun, Allah ailəsini , balalarını , nəvələrini qorusun . Bu dəfə də , müayinədən keçmək üçün bir gün qabaq  vədələşdik. Dedi ki, səhər saat 8- də " Xalqlar dostluğu" metostansiyasının  yağınlığında görüsək. Elə həmin günü də deyilən vaxt görüşüb, Elmi-Tədqiqat Kardiologiya İnstituna yollandıq .

Hara getdik bizi hörmətlə qarşıladılar. Və ağ xalatlı bu insanlar  sanki mələkləri  xatırladırdı. Çünki bura gələn bütün xəstələr həkimlərə böy ümid bəsləyirlər. Qan analizini verdik. Adını bilmədiyim bir tibb bacısı hamıya hörmətlə yanaşırdı. Mən də diqqət və qayğı göstərib, analiz üçün venamdan qan götürdü. Sonra da özünəməxsus  bir təbəssümlə dedi ki, Allah hamınızın şəfasın versin. Növbəti müayinəm  kardioqraman oldu. Orada məndən əvvəl bir qazi vardı, öncə onu kardioqrama elədilər. Həmin xanım da xəstələri nəvazişlə  qəbul edirdi.Dedi ki,  səhər- səhər əsəbləşıb- eləməyin hamınızı qəbul  edəcəyəm .

Bu qadın Mənzər xanım idi. Və mənimdə ürəyimin kardioqramasın çəkdı. Hətta onu da dedi ki, qorxulu heç nə yoxdu. Sonra həkim- kardioloq  Kəmalə  Hüseynovanın   işlədiyi otağa gedik. Burada isə pasiyentlər EXO kardioqrama olunur. Məndən əvvəl dörd nəfər vardı. Onların hər birini Kəmalə xanım çox səbrlə, çox diqqətlə dinlədi və müayinədən keçirdi. Dedi ki, müəllim, siqaret çəkənsiniz? Təbii ki, " yox"- dedim . Həkim də bildirdi ki, ekranda baxanda hiss olunur, nəfəsinizi  rahatdır,ürəyinizin də gücü 56- dır. Heç elə bil ki, ürəyinizə stend qoyulmayıb.

Dedim ki, Kəmalə xanım, siqaret çəkimirəm, spirtli içki qəbul eləmirəm, gündə də 4-6 kilometr piyada gəzirəm və pəhriz saxlayıra. Həkim isə " yaxşı eləyirsiniz  , dərmanları vaxtında atın, hər şey inşallah yaxşı olar"- deyərək bizi gülərüzlə yola saldıq. Kəmalə xanımın yanında bir qadın xəstənin vəziyyəti ağırlaşmışdı, nəfəs ala bilmirdi və az qala ölmüşdü.

Təcili həmin xəstənin həkimini çağırdı , onu  arabaya qoyub, öz həkiminin yanına apardılar. Məlum olub ki, xəstənin  təzyiqi 240 imiş . Həkimlərin göməyə ilə xəstənin təzyiqi  aşağı salındı və vəziyyəti  yaxşılaşdı!  UZM  həkimi Samirə xanım Hüseynova isə çox səmimi və sadə bir insandı. Bütün daxili orqanlarımı müayinədən keçirdi. Və dedi ki, bəzi narahatlıqların var , onalrı da balaca bir müalicə ilə aradan qaldırmaq olar. Qarabağdan söz düsəndə kövrəldi. Dedi ki , valideynlərimin biri Cəbrayıldan, digər isə Zəngilandandır. Hər ikisi rəhmətə  gedib.

Mənim atam yüksək vəzifələrdə çalışıb. Amma  həyatımız çox sadə olub. Yəni bizi  başqa vəzifəli şəxslərin övladları kimi ərköyün böyütməyib. Və biz sadə insanlardan fərqlənməmişik. Ona görə də, bu gün də çox rahat yaşayırıq. Səidə xanım insan kimi də , həkim kimi də   çox kübar bir  adamdı. Təbii ki, belə ağ  xalatlı insanlar  adamdan  artıq mələyə bənzəyirlər!!!

 Rafiq Yusiflinin qəşəng bir sözü var:" Xəstə həkimin yanından çıxsndan sonra özünü yaxşı hiss etmirsə, o həkim yaxşı həkim deyil!"  Və mən də həmişə Rafiq həkimin yanından çıxandan sonra özümü yaxşı hiss eləmişəm, ürəyimə, qəlbimə , dizimə güc gəlib.Bu dəfə də bu gücü hiss elədim!!!

TƏQVİM / ARXİV