BDYPİ: Nasaz nəqliyyat vasitəsi ilə yola çıxmaq qəza riskini artırır
Nasaz nəqliyyat vasitəsi ilə yola çıxmaq, yorğun və yuxusuz halda sükan arxasına əyləşmək qəza riskini ciddi şəkildə artırır.
Adalet.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) həftə sonu səyahətə çıxan sürücülərə müraciətində qeyd olunub.
Bildirilib ki, həftəsonları respublika əhəmiyyətli avtomobil yollarında hərəkət intensivliyinin artması təhlükəsizlik məsələlərini daha da aktuallaşdırır:
"Nəzarət-profilaktik tədbirlər gücləndirilsə də, bəzi sürücülərin tələskənliyi və diqqətsizliyi məhz bu günlərdə yol qəzalarının baş verməsinə səbəb olur. Həftəsonu istirahətinin təhlükəsiz keçməsi hər bir sürücünün yolda nümayiş etdirdiyi məsuliyyətli davranışdan asılıdır. Səfərə çıxmağı planlaşdıran sürücülərə bir daha xatırladırıq ki, nasaz nəqliyyat vasitəsi ilə yola çıxmaq, yorğun və yuxusuz halda sükan arxasına əyləşmək, ara məsafəsini gözləməmək, sürət həddini aşmaq, ötmə və manevr qaydasını pozmaq qəza riskini ciddi şəkildə artırır"
Digər Xəbərlər
25 Mart 2026 18:02
DYP yağıntılı hava ilə bağlı xəbərdarlıq etdi
25 Mart 2026 11:20
Əhaliyə xəbərdarlıq - HAVA DƏYİŞƏCƏK...
25 Mart 2026 11:18
Ermənistana Rusiya buğdası daşıyan yük qatarı Biləcəridən yola düşüb – YENİLƏNİB
24 Mart 2026 12:07
Dumanlı hava ilə bağlı sürücülərə xəbərdarlıq
24 Mart 2026 11:35
Milli Qəhrəman Pəncəli Teymurovun doğum günüdür
23 Mart 2026 18:45
İrandan Azərbaycana indiyədək 77 ölkənin vətəndaşı təxliyə olunub
23 Mart 2026 17:34
Azərbaycandan Ermənistana bu məhsullar göndəriləcək
23 Mart 2026 17:05


Bakı -°C

