Kiberpolisdən qanunsuz qumar oyunlarında iştirak edənlərə qarşı əməliyyat - VİDEO
DİN Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən sosial şəbəkələrdə onlayn qanunsuz qumar və mərc oyunlarının təşkilinə qarşı mübarizə davam etdirilir.
Adalet.az xəbər verir ki, kiberpolisin həyata keçirdiyi növbəti əməliyyat-texniki tədbir nəticəsində qanunsuz onlayn qumar və mərc platformalarına ölkə ərazisində mövcud olan hüquq qaydalarına zidd olaraq qoşulan istifadəçilər müəyyən ediliblər.
“Pinup”, “Mostbet”, “Xbet”, “Chcplay”, “fastloto” və digər bu kimi qanunsuz onlayn qumar saytlarına mütəmadi daxil olan, eləcə də həmin oyunlarda iştirak edən Zahid Abdullayev, Rahib Kərimov, Ramin Hüseynov, Nihat İsrafilov, Gülməmməd Əzimov, İlqar Hüseynov, o cümlədən daha 14 nəfər müəyyən edilib. Həmin şəxslər barəsində qanunauyğun tədbirlər görülüb.
Qeyd edilən qanunsuz mərc və qumar oyunları saytlarından istifadə edən digər şəxslərin də aşkar olunması istiqamətində tədbirlər davam etdirilir.
Bir daha vətəndaşları xaricdən idarə olunan və ölkə ərazisində qanunsuz hesab edilən qumar oyunlarında iştirakdan çəkinməyə çağırırıq. Bildiririk ki, qanunsuz onlayn qumar oyunlarının təşkili ilə yanaşı, həmin oyunlarda iştirak etmək də məsuliyyət yaradır. Xüsusi olaraq vurğulayırıq ki, qanunsuz mərc oyunları üzərindən qazanılan məbləği göndərmək adı ilə vətəndaşlardan bank kartı məlumatları tələb edilir. Belə olan təqdirdə isə həmin şəxslər kibertalama cinayətləri ilə üzləşə və bank hesablarında olan pul vəsaitlərini itirə bilərlər.
Digər Xəbərlər
21 Noyabr 2025 09:50
Polis şəhid məzarlarından oğurluq edənləri saxladı - VİDEO
20 Noyabr 2025 11:40
Üç evdən oğurluq edən şəxs həbs olundu - VİDEO
20 Noyabr 2025 10:19
Cinayətdə şübhəli bilinən 31 nəfər saxlanıldı
19 Noyabr 2025 18:55
Rəqsanə ev dustaqlığına buraxıldı - YENİLƏNİB
19 Noyabr 2025 16:56
Kiberpolis 200-dən artıq vətəndaşın kart məlumatlarını ələ keçirən şəxsi saxladı - VİDEO
19 Noyabr 2025 14:38
Dəyəri 185 milyon manatdan çox olan narkotik vasitə dövriyyədən çıxarılıb
19 Noyabr 2025 13:06
DİN-dən bank kartları ilə bağlı vətəndaşlara xəbərdarlıq
19 Noyabr 2025 12:00


Bakı -°C

