Ramiz Mehdiyevin vəziyyəti pisləşdi - Təcili yardım çağırıldı
Hazırda ev dustaqlığında saxlanılan Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin səhhəti pisləşib.
Adalet.az “Gununsesi.info”ya istinadən xəbər verir ki, dünən gecə saatlarında sabiq PA rəhbərinin səhhəti pisləşib və təcili tibbi yardım çağırılıb.
Ramiz Mehdiyevin ailəsi özəl klinikaların birindən həkim briqadası çağırıb.
İlkin tibbi yardım göstəriləndən sonra Mehdiyevin səhhəti qaydasına düşüb.
Vurğulanıb ki, Ramiz Mehdiyev tənəffüs yollarındakı problemlərdən əziyyət çəkir.
Qeyd edək ki, Ramiz Mehdiyev DTX-nin İstintaq Baş İdarəsində cinayət məsuliyyətinə cəlb olunub.
Onun barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.
Xatırladaq ki, Ramiz Mehdiyev dövlət çevrilişinə cəhd, vətənə xəyanət və korrupsiya kimi ağır ittihamlarla istintaqa cəlb olunub.
Digər Xəbərlər
25 Mart 2026 18:02
DYP yağıntılı hava ilə bağlı xəbərdarlıq etdi
25 Mart 2026 11:20
Əhaliyə xəbərdarlıq - HAVA DƏYİŞƏCƏK...
25 Mart 2026 11:18
Ermənistana Rusiya buğdası daşıyan yük qatarı Biləcəridən yola düşüb – YENİLƏNİB
24 Mart 2026 12:07
Dumanlı hava ilə bağlı sürücülərə xəbərdarlıq
24 Mart 2026 11:35
Milli Qəhrəman Pəncəli Teymurovun doğum günüdür
23 Mart 2026 18:45
İrandan Azərbaycana indiyədək 77 ölkənin vətəndaşı təxliyə olunub
23 Mart 2026 17:34
Azərbaycandan Ermənistana bu məhsullar göndəriləcək
23 Mart 2026 17:05


Bakı -°C

