adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7

Van Qoq yanılmamışdı: "Qəm hələ də davam edir..."

FƏRHAD ŞABANOV
49816 | 2013-05-04 00:38
Bəzən həyatınızda bir hadisə baş verər və o ana qədəryaşadığınız hər şey mənasını itirər. İtirməsə belə, həyatınızda yeni mənalaryaranar, həyata baxışınız dəyişər. Rəssam Van Qoq haqqında çox oxumuşdum. Rəsməsərlərinə baxmışdım. Mənə ən çox təsir edən insanlardan biri də məhz VanQoqdur. Hətta eşidəndə ki, Ankarada Van Qoqun böyük sərgisi açılacaq sevinciminhəddi-hüdudu yox idi.

Bu cür möhtəşəm sərgi heç vaxt, heç harda görməmişdim.İşıqları söndürülmüş böyük bir zal düşünün. Bütün divarlar qara örtüklə örtülübvə Van Qoqun əsərləri işıqla qara örtüyün üzərində əks etdirilir. Yekə zalınhər tərəfi rəsmdir. Sadəcə rəsm deyil, həm də musiqi sədaları altında. VanQoqun ömrünün ilk illərindən son illərinə kimi həyatının ən önəmli hadisələrihəm ingilis dilində, həm türk dilində yazılarla sərgiyə gələnlərəçatdırılır-elə həmin böyük qara örtüklərin üzərində rəsmlərlə birlikdə. Sadəcəolaraq insan Van Qoqla eyni həyatı yaşamış hissinə bürünür və sərgidən çıxandadərin düşüncələrlə evin yolunu tutur. Bu həm sərginin möhtəşəmliyinin, həm VanQoqun həyatının təsirindəndir...

Van Qoqun həyatının bəzi məqamlarını sizinlə paylaşmadanöncə bildirim ki, belə sərgilərə Azərbaycan cəmiyyətinin ehtiyacı var. Bu cürsərgilər cəmiyyətin dünya görüşünü artırmaqla yanaşı, turistlərin də diqqətinicəlb edir. Çünki Ankaradakı sərgidə yüzlərlə turistlə rastlaşdım. Bu cürsərgiləri təşkil etmək ciddi məbləğlər tələb edir. Mən inanıram ki,Azərbaycanda bu cür sərgilərə sponsor olacaq iş adamları çoxdur. Çünki buxalqın yüksək mədəniyyətlər səviyyəsinə çatması üçün bütün imkanları Allahverib, sadəcə yönəltmək lazımdır.

"Latristesse durera toujours." - "Qəm daim davam edəcək". Van Qoqunölüm döşəyindəki son sözləri...

Van Qoqunxüsusilə həyatının son iki ilində ona ciddi şəkildə təsir etmiş olan ruhixəstəliyi ilə bağlı otuzdan çox diaqnoz dilə gətirilib. Bunlardan bəziləri,şizofreniya, frenqi, boya zəhərlənməsi, meniere xəstəliyidir. Çox böyükehtimal, pis qidalanma, həddindən artıq iş saatı, yuxusuzluq və spirtli içkialudəçiliyi onun xəstəliyinin ziyanlarını dəfələrlə artırmışdır.

Ömrünün sonillərində çəkdiyi əsərlərdəki sarı rəngin çoxluğunun onun xəstəliyi ilə bağlıolduğu da iddia edilir. Bu teoriyaya görə Van Qoqun bol-bol içdiyi absintteiçkisi onun görmə qabiliyyətini zəiflətmiş və gördüyü şeylərin rəngi onasarımtıl kimi gəlmişdir. Bu da təbii olaraq onun əsərlərində öz əksini tapır.Bir başqa teoriyaya görə Van Qoqun müalicəsində istifadə olunan üskük otu ondakıbu "sarı"lığa meyl oyatmışdır.

Van Qoq1890-cı ilin may ayında Paris yaxınlarındakı bir ruhi xəstəxanaya gətirilir. O,bu xəstəxanada həm dr. Qaşetin nəzarətində qalır, həm də qardaşı Teonun evinəyaxın olur. Van Qoqun Doktor Qaşet haqqındakı ilk şərhi, "mən elə gəlirki, məndən daha çox xəstədir, ya da ən az mənim qədər xəstədir" olur. Dahasonra isə Qaşetlə arası düzəlir və onun 3 portretini çəkir. Burada qaldığı 70gün ərzində özünü tamamilə yaradıcılığa verir və 70 yağlı boya rəsmi çəkir.Anası və bacısına yazdığı son məktubda hər şeyin yaxşı olduğunu və buxəstəxanada özünü çox yaxşı hiss etdiyini deyir.

Van Qoqömrünün son 10 ili boyunca 900 yağlı boya, 1100 ququ qələm əsəri yaradıb. Ənməşhur əsərləri isə ömrünün son iki ilində çəkdiyi əsərlərdir.

Van Qoqhəyatının son dövrlərinə kimi qardaşı Teodan aldığı maddi dəstək sayəsindəhəyatını davam etdirə bilmişdir. Bu iki qardaşın yaxınlığı sonradan ortayaçıxan məktublar nəticəsində anlaşılmışdır.

Onunəsərləri yaşadığı dövrdə deyil, məhz öləndən sonra dəyər qazandı. Belə ki, dr.Qaşetin portreti adlı əsəri Saito adlı Yaponiyalı iş adamı tərəfindən 83 milyondollara alındı. Hətta Saito bu rəsmi o qədər çox sevirdi və əsərə eləbağlanmışdı ki, öləndə o tablonun yandırılmasını istəmişdi. Ancaq sonradanfikrini dəyişdirdi və bu rəsm əsəri dövlətə keçdi.

27 iyultarixində qaldığı oteldən rəsm çəkmək üçün lazım olan əşyaları götürərəktarlaya gedən Van Qoq tapança ilə özünü sinəsindən vurur. Daha sonra bir təhər,sürünə-sürünə qaldığı otelə geri qayıdır və yatağına uzanır. Yerdəki qanizlərini görən otel sahibi Van Qoqun həkimi Qaşeti otelə çağırır. Həkim artıqmüdaxilə üçün çox gec olduğunu anlayır və onun qardaşı Teonu otelə çağırır. VanQoq qardaşı Teonun qollarında həyata gözlərini yumur.

Rəssamınhəyatı ilə bağlı bir digər maraqlı fakt dostu olan rəssam Paul Qoqin ilə etdiyimübahisədən sonra sol qulağının bir hissəsini öz əlləriylə kəsməsidir.Avtoportretini çəkdiyi tabloda da qulağındakı sarğı diqqəti cəlb edir.

Van Qoqimpressionizm cərəyanının öncüllərindən biri kimi qəbul edilir. Bir sıraincəsənət ekspertlərinin fikrinə görə, impressionistlərin iş prinsipinirəssamlıq texnikası (işıq, həcm, rənglər, rənglər sıxlığı, layların sayı və s.)deyil, yaşanan və müşahidəçiyə çatdırılmaq istənilən hisslər təşkil edir. VanQoq əsərlərinin təsviri üçün sözlər kifayət etmir, ən azı ona görə ki, hər birinsanın bu əsərlərin seyrindən sonra keçirdiyi hisslər müxtəlifdir. Burada hərşey insanın qavrayışından, həssaslığından, emosionallığından asılıdır. Van Qoqyaradıcılığının şah əsərlərindən olan "Arlda Gecə" əsərini seyr edənhər bir şəxs həmin küçədəki qoxunu, daşların qabarıqlığını, qəlyanaltıdaəyləşən insanları, onların söhbətlərini, uzaqda görünən cütlüyü, fənər işığınınistisini, ulduzları, "gecənin səsini" duyur. Bu Van Qoqundahiliyidir.

Van Qoqdünyaya gəlmiş ən önəmli rəssamlardan biri idi. Ancaq həyat tərzindən dəgöründüyü kimi bütün həyatı boyu səfalət içində yaşadı, səfalət içində özünəqıydı. Demək olar ki, yaradıcı insanların əksəriyyəti bu taleyi paylaşır.Stefan Sveyq də intihar edəndə bu dünyada sülhün heç vaxt bərpa olmayacağınısəbəb göstərmişdi. Bu insanlar sıradan deyil, bu dahilər insanlığa yol göstərəbiləcək, onları arxasından apara biləcək potensiala sahib idi. Ancaq bu dünyadainsanları öz arxasınca aparanlar; müharibə edənlər, qan tökənlər, rəqibləriniən iyrənc üsullarla devirib - məğlub edib - özünü qalib hiss edənlərdi. Onlarbu dünyanın nemətlərinin də sahibləridir. Bu dünya yaxşı və insanlığı bir bütünolaraq düşünən insanlar üçün deyil. Bu dünyada bir addım qabağa atmaq üçünmütləq kimisə o addımın altında əzməlisən. Bura mübarizə tələb edir. Zəiflərməğlub olur, güclülər qalib gəlir.

Heç kimiəzmək istəməyən Sveyq və Van Qoq kimi dahilər - halbuki istəsələr özbacarıqları ilə çoxlarını sıradan çıxara bilərlər - bu mübarizə səhnəsinə çoxtab gətirmirlər. Onların hiss etdiyi qəm və kədər hələ də var. Məhz bu qəmihiss edənlər var olduqca qəm davam edəcək. Bəlkə də Van Qoqun dilə gətirdiyiqəm nə vaxtsa bitəcək və o dahi rəssam yanılacaq. Əgər bütün insanlar vicdanlibasını çıxarıb bir kənara atsa onda qəm də bitəcək. Ancaq Van Qoq bu qəmindavam edəcəyini vurğulayarkən həm də dünyadakı bütün insanların qəmi hissetməyəcək dərəcədə vicdansız olacağını düşünmürdü. Van Qoqun qəm anlayışıpessimizmdən yox, optimizmdən qaynaqlanırdı. Bütün pessimist dahilərin içindəinsanlığı qucaqlayan optimizm var. Bəlkə dünyanı hələ də öz oxu ətrafındadöndərən bu optimizmdir...

FərhadŞabanov

[email protected]

TƏQVİM / ARXİV