adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7

HƏMAS atəşin dayandırılması təklifini qəbul edib...? - Rüstəm Hacıyev yazır

RÜSTƏM HACIYEV
423 | 2024-05-07 11:29

Əl-cəzirə telekanalının məlumatına görə, Fələstinin radikal HƏMAS hərəkatı, Qəzza bölgəsində atəşin dayandırılması təklifini qəbul etdi. Bilfirilif ki, bu barədə hərəkatın lideri İsmayıl Haniya bəyan edib.

HƏMAS-ın qəbul etdiyi təklif məsələnin üç mərhələdə həllini nəzərdə tutur. Hər bir təklifin icrası  42 gün çəkəcək.

Birinci mərhələdə İsrail hərbiçiləri Qızza bölgəsini iki hissəyə ayıran Nesarim dəhlizindən çıxacaq.

İkinci mərhələdə hərbi əməliyyatların tam dayandırılması və İsrail ordusunun anklavdan tamamilə çıxarması olacaq. 

Üçüncü mərhələdə Qəzza bölgəsinin mühasirəsi daydırlacaq və blokadası aradan qaldırılacaq.

 Bununla bağlı  İsrail hökumətinin nümayəndələri KİV-lərə bildiriblər ki, HƏMAS, yəhudi dövlətinin əvvəlcədən razılaşdığı sülh şərtlərini qəbul edib. Times of İsrael düzəliş verir ki, barışıq təklifləri birtərıfli qaydada Misir tərəfindən verilib və İsrail tərəfindən öyrəniləcək.

 İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir, qruplaşmanın təklifi qəbul etməsinə reaksiya verərək Rəfah şəhərini tutmaqla bağlı çağırış edib.

"Hərbi təyziqləri davam etdirməklə HƏMAS-ın tam məhvinə nail olmalıyıq"- deyə nazir X sosial şəbəkəsində yazıb.

 Xatırladırıq ki, Misir, İsrail, Qətər, ABŞ və HƏMAS nümayəndələri mayın 5-də Qahirədə əsirlərin dəyişdirilməsiylə bağlı görüş keçiriblər. Elə həmin gün İsrailin müdafiə naziri Yoav Qaland tezliklə Rəfaha hücuma başlayacaqlarını bildirmişdi. 

İsrail ordusunun Telrgram-kanalında isə bildirilir ki, "Hazırda İsrailin müdafiə ordusu, Təfahın qərbində, Qəzzanın cənubunda yerləşən, HƏMAS-a mıxsus hərbi obyektlərinə dəqiq zərbələr endirir". 

Maraqlı vəziyyət yaranıb. Bir tətəfdən atəşkəs, razılaşmadan danışılır, digər tərəfdən isə hərbi əməliyyatların davam etdirilməsindən...

   
 

TƏQVİM / ARXİV