adalet.az header logo
  • Bakı 27°C

Tiktok xor baxırlar, amma… - Eminquey yazır

EMİNQUEY AKİF
455 | 2022-06-01 11:48

Tiktok hamı xor baxır. Açığı, mən də xor baxırdım. Hamı kimi mən də deyirdim ki, nə qədər bazar adamı varsa, oradadır.

Məsələn, əzəli yurdum feysbukda oturub “Tiktok bağlansın” kimi çağırışlar edirdim. Bir başqası bunu İnstagram vasitəsilə edirdi, digəri Twitter.

Təsəvvür edirsiniz də, sərbəst bir meydan olan bir sosial şəbəkə platformasında digər platformanın bağlanmasına çağırışlar edirsən.

Hə, bəlkə də İnstagram kimi təntənəli bir yer deyil.

Hə, bəlkə də Twitter kimi intellectual bir ab-havası yoxdur.

Amma məncə çox gözəl bir tərəfi var: Realdır.

Hamı orada olduğu kimidir, görünmək istədiyi kimi yox. Hətta görünmək istədiyi kimi olmağa çalışsa da, alınmır, baxan kimi bilirsən nə yuvanın qaranquşudur.

Və bu Tiktok bütün sosial şəbəkə platformalarını qatlayıb cibinə qoydu.

İndi İnstagrama Tiktokun funksiyalarını gətirmək üçün işlər gedir, hətta bəzi ölkələrdə artıq baş tutub. Tiktok-un canlı yayım oyunları, jetonlar, hədiyyələr artıq instagrama da gəlib.

Sözümün canı var.

Tiktok Türkiyənin ən hörmətli mədəniyyət və incəsənət qurumlarından biri olan İstanbul Mədəniyyət və İncəsənət Vəqfi ilə əməkdaşlıq edib, əyləncə ortağı olub. Bundan sonra TikTok-un kino, musiqi və teatr kimi sənət sahələrindəki dəyərləri bu İKSV orqanına çatacaq və İKSV tədbirləri TikTok tamaşaçılarına çıxış təmin edəcək...

Demək ki nə imiş, bu meydandan istifadə etmək lazımdır.

Hanı bizim qurumların belə bir cəhdi?

 

 

  • Avqust:
  • 6

TƏQVİM / ARXİV