adalet.az header logo
  • Bakı -°C
24 Sentyabr 2026 13:21
46
DÜNYA
A- A+

Simonyan: Ermənistan bir qaz kəmərindən asılı olmayacaq

Ermənistan bir qaz kəmərindən və bir tərəfin qərarından asılı olmaq niyyətində deyil.

Adalet.az xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan jurnalistlərə deyib.

“Biz bundan sonra bir borudan, birinin şıltaqlıqdan asılı olmayacağıq”, – Simonyan bildirib.

Qeyd edək ki, “Hraparak” qəzeti Rusiyanın noyabrın 1-dən Ermənistana qaz tədarükünü tamamilə dayandıra biləcəyinə dair məlumat yayıb.