adalet.az header logo
  • Bakı -°C
24 Sentyabr 2026 13:45
53
ŞOU-BİZNES
A- A+

Əməkdar artist: “Əgər kimsə bu sözlərimi qəbul etmirsə...”

Əməkdar artist Elnarə Abdullayevanın ailə-məişət mövzularında fikirləri birmənalı qarşılanmayıb.

Adalet.az bildirir ki, E.Abdullayevanın sosial şəbəkədə ona pis rəylər yazanlara səslənib. Televiziya proqramlarının birində məsələyə aydınlıq gətirən E.Abdullayeva bildirib ki, o, heç bir pis ifadə işlətməyib:

“Mən demişəm ki,  gəlin əgər qaynana ilə yola getmirsə, həmin evdən gəlin getməlidir. Çünki o evə sonradan gələn adam gəlindir. Qaynana o evi tikib-qurub yaradandır. Niyə illərlə zəhmət çəkdiyi evdən getsin? 

Əgər gəlinlə qaynana bir- birlərini anlamırlarsa, gəlin  həyat yoldaşı ilə ayrı evə köçməlidir. Mən gənclərimizə boşanın demirəm ki, pis yola çəkmirəm ki. Çıxış yolu göstərirəm də. 

Əgər kimsə bu sözlərimi qəbul etmirsə, elə həmin adamlar öz böyüklərinə hörmət etmirlər. Əminəm ki, evində tərbiyə görənlər bu sözlərə pis reaksiya verməzlər”.

Əntiqə