adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7

Qurban Qurbanov, Qarabağ, möhtəşəmsiniz! - Eminquey yazır

EMİNQUEY AKİF
1108 | 2024-03-08 12:54

Böyük nailiyyətdir!

Avropa liqasının 1/8 mərhələsinin həyəcanını yaşayırıq, 1/8!

Almaniya liqasının birincisi ilə oynayırıq. Orada Kəpəz-Məpəz yoxdur e. “Bayer Münich” var, “Dortmund” var, “Leipzig” var. Ki, bu savaşda oynamağa vəsiqə qazanırlar hər dəfə.

“2-2 oldu, ehe he he” - yazanlar, “Qarabağ”dan bir zad olacaq, olur da, amma sizdən bir zad olan deyil. Adəmülzad olarsınız maksimum!

Dünən yazmışdım.

Futbolçumuz Əfran İsmayılovun bir açıqlamasını oxudum.

“Bayer”i gözümüzdə elə böyütmüşük ki, sanki başqa dünyadandılar. Düzdür, bu mövsüm əla oynayırlar. Amma futbolda şans həmişə var. Futbolçunun "gözümüzdə böyütmək" məsələsi diqqətimi çəkdi.

Əziz Əfran, "Bayer" olmasın, olsun, "Liverpul", yaxud da hansısa xarici klub. Bu klubları gözündə böyüdən biz deyilik, sizsiniz və Azərbaycan futboludur. Nöşün? Oşün ki, millimizin oyunlarına baxanda "Lixtenşteyn" kimi cırtdan da bizim üçün div görünürdü, görünür və bəlkə də hələ bir xeyli də görünəcək. Onları bizim gözümüzdə kiçildən, yaxud da olduğu ölçüdə saxlayan sizin oyunlarınızdır. O gün "Qarabağ" "Braqa"ya qalib gəldisə, biz "Braqa"nı öz ölçüsündə də qəbul etdik. Nə böyütdük, nə də kiçiltdik.

O səbəbdəndir ki, biz illərdir Türkiyə klublarına azarkeşlik edirdik. Çünki bu böyüklərin arasına çıxan türk klubları olurdu. Çempionlar liqasının yarımfinalına qədər gələn bir türk klubuna nəinki türklər, heç avropalılar da kiçik baxmır.

Bəli, əsas məsələ oyundur. Heç kim heçnədən öz gözündə kimisə, nəyisə böyütmür. "Bayer" ona görə böyük görünür ki, biz o səddi aşa bilməmişik

Biz də inanırıq ki, "Qarabağ" almanların bizim gözümüzdəki həddən ziyadə böyüklüyünü biraz da olsa kiçildə biləcək.

Bugün “Qarabağ” nəhəng alman klubuna uduzmadı! 2 top keçirdi qapısından! 34 oyundur uduzmayan klubla ilk oyunda heç-heçə elədik!

Qurban Qurbanov, Qarabağ, möhtəşəmsiniz!

TƏQVİM / ARXİV