
Azərbaycan öz zəngin keçmişi və tarixi ilə həmişə digər xalqlardan fərqlənib.Özü də bizim millətdə olan böyük ürək, səxavət, səmimiyyət heç də hər millətdə yoxdu...
Və xalqın həm də tarix yazan böyük şəxsiyyətlər də var! O tarix yazan böyük şəxsiyyətlərdən biri də Pənahəli xandır. O Pənahəli xan ki, 1750- ci ildə Şuşanın əsasın qoyub və ora tikdirib. Və bunu heç kim inkar edə bilməz, hətta ermənilər belə Şuşanın Pənahəli xan tikdirdiyini inkar etmir.
Tarixdən o da , bəllidir ki, Bəhmənli oymağında anadan olub.Bu barədə tarixi mənbələrdə və konkret olaraq" Qarabağnamədə" ətraflı yazılıb.Bizim sözümüzün canı Pənahəli xanın haralı olması deyil! Çünki Pənahəli xan türk oğlu türkdür. Və onun damarlarından tər-təmiz türk qanı axır! Bizim sözümüzün canı odur ki, Əhmədbəyli- Şuşa yolu elə deyil , belə adlandırılmalıdır: Bəhmənli - Şuşa yolu! Bu ideyanı və təklifi böyük ziyalı, Füzuli rayon Ağsaqqallar Şurasının sədri, Pənahəli xanın nəslindən olan Zülfüqar Əliyev səsləndirib. Çox orjinal və gözəl ideyadır.
Zülfüqar həkim deyir ki, əgər bu möhtəşəm yol Bəhmənli- Şuşa adlandırılsa, bax onda böyük Pənahəli xanın da ruhu sevinər, şad olar! Nə gözəl! Bizdən deməkdir! Onu gerçəkləşdirmək isə aidiyyəti qurumların işidi!..