"Sem dayının" gedişidə, gəlişi kimi problrmlər yaradır...
İŞİD terrorçularına qarşı mübarizə adı altında ikinci dəfə İraqa daxil olan ABŞ -ın silahlı qüvvələri İraq ərazilərini tərk edib.
Vaşinqton bu addımını hərbi xərclərinə qənaət etməsi ilə bağlı olduğunu bildirir. İraq xalqı isə, suverenliyni qazanmasını bayram edir.
Qonşu İran dövləti ABŞ ordusunun İraqdan çıxarılmasını özünün qələbəsi kimi qələmə verməyə çalışır. Baxmsyaraü ki, ABŞ ordusunun İraqdan çıxarılması məsələsi İsrail-İran-ABŞ müharibəsi başlamamışdan xeyli əvvəl- 2024- cü ildə razılaşdırılmışdı.
Əslində ABŞ-ın İraqa ikinci gəlişinin səbəbi terrorçu islam qruplaşmasını tərksilah etmək məqsədi daşıyırdısa, Vaşinqton buna nail ola bilmədi. Bundan başqa, İŞİD-i tərksilah etməklə yanaşı ABŞ İraqın iqtisadi inkişafıns böyük məbləğdə investiya yatırmağıda vəd etmişdi. Düzdür, Vaşinqton bu illər ərzində İraqa 200 milyard dollar yatırım etsədə, bu əsasən neft-qaz sənayesinə qoyulan sərmayə sayıla bilər.
ABŞ ilk zamanlarda terrirçu "islam ordusu" sıralarında olan bir çoxlarını pzləri yaratdıqları "xalq döyüşçüləri" qruplaşmalarına yönləndirə bilsələrdə, artıq bu həbi birləşmələr tədricən İranla sıx əlaqələr qurmağa başlayıb.
Bundan başqa, "Həşd əş-Şaabi " adlsnan bu silahlı qruplaşma, artıq İraqın siyasi həyatınada siyarət etməyi bacarıb. Silahlı qruplaşmanın nümayəndələri dövlət orqanlarlnda mühem vəzifələrə sahiblənə biliblər. Ölkədə silahlı qruplaşmaların tərksilah olunması qərarı ləng aparılır. Bu isə əhalu arasında gərginliyin artmasına səbıb olur.
Analitiklərin fikirincə, ABŞ ordusunu İraqdan çıxarmaqla Yaxın Şərqdə İrana qarşı hücumlarda plasdamını itirmiş olacaq və eyni zamanda İranın daxilinə yaxından nəzarət etmək imkanlarından məhrum olacaq.
Baödad isə, bu vəziyyıtdə üonşu dpvlətlərlə özü balans yaratmaq məcburiyyətinfə qalacaq. Bacaracaqmı?...
Bundan başqa, İraqın şimalında fəaliyyət göstərən kürd icmalarıda ABŞ-ın hərbi dəstəyindən məhrum olacaqlar. Kürd hərbi birləşmələri Vaşinqtinun bu addlmını qorxaqlıq kimi qiymətləndirib.
ABŞ -ın İraqı tərk etməsi ölkədə bir şərtlə stabillik yarada bilər. Bu da, hazırda fəaliyyət göstərən müxtəlif silahlı qruplaşmaların silahları könüllü şəkildə dövlətə təhvil verilməsindən sonra baş verə bilər.
Qonşu İran dövlətinin bu silahlı qruplaşmalarla sıx əlaqələr yaratması, tərksilah olmaq məsələsinə nə dərəcədə təsir edə biləcəyini isə zsman göstərəcək.
Yenə də, hər zaman olduğu kimi, "Sem dayının" gedişidə, gəlişi kimi çoxsaylı problemlər yaradır...


Bakı -°C
