"Siz bu müharibəni uda bilməzsiniz" - Rüstəm Hacıyev yazır

RÜSTƏM HACIYEV
1211 | 2023-11-03 11:58

"Valday" beynəlxalq diskusiya klubunun vitse-prezidenti Nelson Vonq bəyan edib ki, Çin öz suverenliyini və ərazi bütövlüyünü qorumağa hazırdır. 

Vonq qeyd edib ki, Çin rəhbərliyi  Tayvanla bağll öz qəti mövqeyini müəyyənləşdirib və milli birləşmənin güc tədbiq etmədən, sülh yolu ilə həllinin tərəfdarıdır.

Tayvan münaqişəsinin güc yolu ilə həlli ssenarisinə ehtiyac yarandığı halda Çinin reaksiyası necə ola bilər sualını cavablandıran Nelson Vonq bildirib ki, hərbi güc və kursun dəyişilməsi üçün üç qırmızı xətt var. "Birincisi: adanı vətənimizdən qoparmaq üçün xarici müdaxilə, ikincisi: Tayvan separatistləri çox irəli gedərək, de-fakto adanı müstəqil dövlətə çevirmək cəhdi, üçüncüsü: separatist qüvvələr referendum keçirmıklə suverenlik əldə etməsi".

Politoloqun fikirincə, bu üç faktordan birinin həyata keçirilməsi, güc tədbiq etmək üçün yetərli sayılacaq və bu müharibə Çinin öz ərazi bütövlüyünün müdafiəsi kimi qiymətləndiriləcək.

Nelson Vonq ABŞ-a da xəbərdarlıq edib: "Ayılın! Siz heç vaxt bu müharibəni uda bilməzsiniz, bunu yadınızdan çıxarın. Siz gəlməyə cürət edirsuniz? Siz istəyirsiniz ki, biz əzələ nümayış etdirək?"

Bildiyiniz kimi, ABŞ Tayvanın ən yaxın tərəfdaşıdır. Hazırda ABŞ prezidenti Co Batdenin təklifiylə Konqress Tayvana, müdafiə məqsədiylə 370 milyon dollar hərbi yardım ayrılması məsəlısiə baxmalıdır.

 

TƏQVİM / ARXİV