Pezeşkian: ABŞ ilə danışıqlar aparmaq mənasızdır
İranın ABŞ ilə problemi ondan ibarətdir ki, danışıqlar başlayan zaman Vaşinqton İslam Respublikasına hücum edir.
Adalet.az ISNA-ya istinadən xəbər verir ki, bu barədə İran Prezidenti Məsud Pezeşkian Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla görüşdə bildirib.
"Bizim ABŞ ilə problemimiz ondadır ki, hər dəfə danışıqlar masasına gəldiyimizdə, dərhal bizə müharibə təhmil edilir", - İran Prezidenti bildirib və əlavə edib ki, ölkəni hücum və sanksiyalarla təhdid edən Vaşinqtonla danışıqlar aparmaq mənasızdır.
Onun sözlərinə görə, ABŞ indiyədək danışıqlar zamanı üç dəfə İrana hücum edib: "Məqsədləri İran İslam Respublikası quruluşunu devirməkdir.
ABŞ-nin quruluşu devirmək məqsədilə İrana hücumu xalqımızın daha da həmrəy olmasına səbəb olub və Allahın izni ilə bu mərhələdən də başıuca keçəcəyik".
Digər Xəbərlər
16 Noyabr 2026 12:46
Gürcüstan-Rusiya danışıqları bərpa olunur
16 Noyabr 2026 12:46
Ukrayna Krım körpüsünə zərbə endirdi
16 Noyabr 2026 11:30
Tramp nə vaxt Nobel Sülh Mükafatına layiq görüləcək?
16 Noyabr 2026 10:55
Gürcüstan Brüsseldə keçiriləcək Aİ sammitindən imtina etdi
16 Noyabr 2026 00:00
ABŞ qırıcılarını Yaponiyaya yerləşdirdi
15 Noyabr 2026 18:00
Fələstinlilərin ölümünə görə Netanyahunu tənqid etdi
15 Noyabr 2026 17:46
Türkiyədə avtomobil yolları PUA-ların uçuş-enməsi üçün uyğunlaşdırılacaq - Nazir
15 Noyabr 2026 17:37


Bakı -°C

