adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7

ŞƏRTLƏR... VƏ ŞƏRTLƏRƏ SIĞMAYAN ŞƏRTLƏR - İRADƏ TUNCAY YAZIR

İRADƏ TUNCAY
182310 | 2020-07-19 11:30

Məşhur bir ifadə var İkinci Dünya Müharibəsinəaid – Elbada görüş. Müttəfiq qoşunlar Almaniyanın sərhədlərini keçəndə görüşməliymişlər.Gizli əmr olur: kim olduğuna fikir vermədən əzib keçmək!!! Müttəfiqlər savaş dövründə Stalini çox aldatmışdılar– ikinci cəbhənin açılmasını uzatmaqla. Artıqmüharibə sona yaxınlaşanda hazır tortunböyük tikəsini ələ keçirmək üçün qoşulurlar gedişata. Stalin təbiiolaraq bunu bilirdivə ordu hissələrinə də elə müttəfiqləri guya tanımadıqlarıüçün alman-faşist əsgərləri kimi qırmaqəmri verilmişdi . Nə qədər çox irəligetsələr bir o qədər torpaq Qızıl Orduyaaid olacaqdı. Uzun illər bu hadisəninüstündən sükutla keçdilər. Kimsəyə sərf eləmirdiaçıqlanması...

Müharibənin öz şərtləri var – şərtlərə sığmayan şərtlər. Və təbii ki, gücdiqtə edir çox şərtləri . Stalinlə razılaşmağa məcburidilər. Şərqi Prussiya Sovetin nəzarətinə keçdi böyük miqyasda. Kalininqrad şəhəri haqqındaçoxları eşidib, amma bu şəhərin qədim almanşəhəri Keniqsberq olduğunu nə qədər adam bilir? 1945-ci ilin aprelində şəhər güclü döyüşlərnəticəsində (fikirləşirəm nə yazım– işğalmı? İşğal deyil axı, kim çağırmışdıalmanları başqa torpaqlara? Fəth deyim? Buda alınmır ) ələ keçirilir ( bu daha uyğunolacaq). Müharibənin əvvəlində 370 min əhalisiolan şəhərin 1945-ci ildəki sayı 20 min idi . Bombardmanlarda həlak olanlar, qaçıbgedənlər... Və gəlirik əsas məsələyə -Potsdam konfransından sonra müvəqqəti olaraq sovetin nəzarətinə keçən şəhəraz sonra qatılır sovetin tərkibinə. Bu dəfə həmişəlik. Əhalisidə Almaniyanın başqa bölgələrinə deportasiya olunur... Hamısı... 1947- ci ildə baş verir bu hadisə... İndi Kalininqradda 4 faiz alman qalıb.Onlar da yəqin o vaxtlar ruslarla evlənib qalanlardı...

Tarixdə belə gediş-gəlişlər o qədər olub ki ... Heç bilmirsən hansını xatırlayasan?! Fraqmentar gəlir yaddaşıma ...

Kipr... Bütün dəniz yollarının üstündəolduğu üçün diqqət çəkən bir yer olub... Qədim yunan və romalılardan tutmuşingilis krallarına, venesiyalılara, Osmanlıya, Britaniya imperiyasına məxsus dövrləri ... 1960-cı ildə suverenitetqazanır, ardıyca etnik münaqişə ocağına çevrilir.1974-cü il Türkiyə Cumhuriyyəti desant yeridir adaya və iki yerə bölünür... Adamlar ev-eşiklərini qoyub qaçırlar... Hərə bir tərəfdəməskunlaşır... İndiyə qədər də bu yara qanayır...

Etnik münaqişələr mənə görə müharibələrin ən dəhşətlisidi.... İnsanları milli mənsubiyyətinə görə öldürmək hansı məntiqə sığır, anlaya bilmirəm...Lap son vaxtlar Yuqoslaviyanın parçalanmasını izlədik...Yaxın tarixdi...O vaxta qədər dinc yanaşı yaşayan xalqlar anidən bir-birinin qanınıiçməyə başladılar... Dünən sevib evlənənadamlar bu gün körpələri öldürdülər... Böyük parçalanmalar həm dəböyük faciə deməkdi... Biz də yaşadıqbunları... Kiməsə belə sərf edirdi deyə dağıtdılar və əzabı sadə insanlar çəkir... Mən belə fikirləşirəm – insan üçün könül rahatlığı, məişət rahatlığı hər şeydənönəmlidi. Övladları tox olsun, sağ-salamat olsun, qan-qadadan uzaq olsun... Qalan hər şeyə dözmək olar...

Müharibələrin sonu hər zaman sülhlə bitir. Deyirlər ki, lap ağır şərtləriolan sülh də müharibədən yaxşıdı... Bilmirəm, razılaşımmı bununla?

Bir vaxtlar Lenin Brest sülhünü bağlayanda onu ittiham edənlər çox olub – rüsvayçı şərtlərə razı olduğuüçün. İndiyə qədər də davam edir bu müzakirələr... Hər halda dağılmış ölkəni daha böyük parçalanmadan qurtara bildi. Əvvəldən azadlıq söz verdiyi ölkələr olub – Polşa, Finlandiya kimi.Başqa şərtləri isə zaman və məkan kontekstindəhəll edib. Məsələn, Atatürklə anlaşıb – 1877-ci ildən Rusiya imperiyasına aid olan Qars vilayətini və ətraf bölgələri veribTürkiyəyə (erməni mənbələri buraları "poteryannayaArmeniya” adlandırır). Halbuki rus əsgəridə qan töküb almışdı həmin yerləri. Qansız qaytardı, anlaşdılar... Bəlkə, anlaşmaq daha məqbuldu? Atatürkdən sonra uzaqlaşdılar bu prinsiplərdən – yurdda sülh, cahanda sülh – deyimindən. Uzaq hədəflərigörə bilmək hər siyasətçiyəxas deyil... Eqolar mane olursa, vətəndaşınzülm çəkəcək ...

Hərənin öz arşını var – hər balaca adamın da, hər böyükdövlətin də. Əgər hər kəs öz kefinə uyğun yox, ümumi qayda-qanuna uyğun yaşasaydı,dünyada hər şey düz olardı. Nə müharibələr olardı, nə dava-şava, nə də narazılıqlar.Ölçü hissini itirən hər hansı şəxsmi, qrupmu, rejimmi, dövlətmi ortaq standartlardanuzaqlaşır və bundan sonra əmələ gələcək münaqişələrə səbəb olur. Bir xalqa məqbulolan, digərinə yaddır. Hətta poetik obrazlar belə eyni qavranılmır. Deyək ki, dilimizinnormalarından çıxış edərək kimisə qocaman palıda bənzədirik, ruscaya tərcümədə bunukimə desək nəticəsi heç yaxşı olmayacaq. Ya da avropalının norma kimi qəbul etdiyizarafatı şərqli təhqir kimi anlayacaq. Demək, nə qədər ümumi standartlardan danışsaqda hər bir insanın da, xalqın da, dövlətin də öz standartları var. Və hər kəs dəöz işini bu ölçülərdən çıxış edərək qurur. Vay o gündən ki, hər hansı ümumi işəxidmət edən qurumların hərəsinin öz ölçüsü yaransın və bu da nəticədə hər kəsinözünün kef standartlarını, normativlərini meydana çıxarsın. Yəni, hər hansı biryerdə "kefim belə istəyir" prinsipi ilə hərəkət edəndə nəticəsi nə olacaq,özünüz düşünün. Neçə min illərdir din kitabları insanları düz yola çağırır, bəşəriyyətinneçə faizi düzəlib? Neçə min illərdir ədəbiyyat, sənət insanları tərbiyə eləməyəçalışır, nə düzəlib? Konstitusiyalar, qanunlar, cəzalar insanların hansısa bir qismininədənsə çəkindirə bilir. Böyük faiz öz bildiyini edir və bu şəkildə uğur da qazanır.Arşın kimin əlindədirsə, ədalətin, həqiqətin açarı da onun əlindədir. Ha çığırıb-bağırsandaki mən haqlıyam, xeyri yoxdur. Güclü kimdirsə, haqlı da odur. İstər xarici siyasətdə,istər daxili. Bununla barışıb yaşamağı öyrənmək lazımdır. Deyə bilərsiniz ki, bizöyrəncəliyik – olsun. Bəzən standartdan kənar standartlara öyrəşmək ağrılı olur.Həmin vaxt atalarımızın bizə miras qoyduğu məsəlləri xatırlayın. Kişilər deyib gediblər,bəhrələnin. Ağa deyir sür dərəyə, sür dərəyə. Sonra da ağa durur, ağacan durur.Bir problem var ki, ağaların sayı çoxdur, hansının sözüynən oturub-durmaq məsələsiortaya çıxacaq... Standartlardan kənar standartlarlayaşamağın çarəsini tapa bilsəydik ...

Şərtlər... Və onlarasığmayan şərtlər... Ən böyük şərt isə güclü olmaqdı... Və güc dəgücdən fərqlənir...

(Yazarın arxivindən)
 06 -04- 2016

TƏQVİM / ARXİV