adalet.az header logo
  • Bakı -°C
05 Oktyabr 2026 11:38
50
ŞOU-BİZNES
A- A+

Xalq artisti: “Nə vaxta qədər malalayacaqsınız?!” 

Xalq artisti Afaq Bəşirqızı mərhum aktyor Kamil Məhrrəmovun timsalında aktyorların taleyindən söz açıb.

Adalet.az bildirir ki, sənətkar daha çox aktyorların aidiyyatı qurumlardan dəstək gözlədiyini söyləyib:

“Sumqayıt Dövlət Dram Teatrında Kamil Məhərrəmov var idi. Onun gözlərinə baxanda adam dayana bilmirdi. Komediya aktyoru idi, amma gözlərindən kədər yağırdı, faciə damırdı. Həmin teatrda il yarım işləyib sonra Moskvaya gedən aktrisaya “əməkdar artist” adı veriləndə Kamilin tale kitabı bağlandı. Axı hər kəsin iradəsi möhkəm olmur. Sənətdən gözləntiləri çox idi. Gözlədiyini görməyəndə içkiyə qurşandı. Axırda da avtobusda dünyasını dəyişdi, meyidi 3 gün orda qaldı. Aktyorlar belə dəyərsizlik görəndə məhv olurlar. Sonra da kənardan baxanda deyirlər ki, filankəs birdən öldü. Görəsən, niyə öldü? Niyə?! Çünki ürəyi partladı, dözə bilmədi. Aktyor evinə qazanc apara bilməyəndə öz həyatının sonunu gətirir. Özünü birinci mənən öldürür, sonra da cismani! Həmişə çalışıram ki, aktyorların dərdini, problemlərini danışım. Amma danışdıqlarımı montaj edəndə dözmürəm, əsəbiləşirəm. Bu yaltaqlıqlar olmasaydı çox yaxşı olardı. Deyirəm ki, nə vaxta qədər malalayacaqsınız, nə vaxta qədər aldadacaqsınız?! Rədd olun, çıxıb gedin ki, dərindən nəfəs ala bilək”! 

Əntiqə