adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7

Şərqdə müharibə təhlükəsi artmaqdadır - Rüstəm Hacıyev yazır

RÜSTƏM HACIYEV
947 | 2023-12-14 13:04

Çinlə Tayvan arasında münasibətlər günü-gündən pisləşir

Çin-Tayvan münasibətləri artıq müharibə həddinə çatmaqdadır. Demək olar ki, hər gün tərəflər qarşılıqlı olaraq bir-birilərini təhdid edir, Tayvan keçidində hərbi potensiallarını artırırlar.

Onlarla Çin hərbi təyyarələri daima Tayvanın hava məkanlarında  uçuşlar həyata keçirir, hətta bir gün ərzində bunu bir neçə dəfə təkrar edirlər.

Çinin bu uçuşları Tayvan hakimiyyətinin az saylı  hərbi hava qüvvələrini hərəkətə keçməyə məcbur edir ki, bu da onlara milyonlarla dollara başa gəlir.  Tayvan hakimiyyəti Çin təhlükəsi qarşısında ordu qüvvələrini modernləşdirmək məcburiyyətində qoyur, ona görə də hərbi büdcəni regionda faktiki olaraq yeganə müttəfiqi olan ABŞ-ın hesabına artırır. Birləşmiş Ştatlarln münaqişəyə bir başa müdaxiləsi isə, onsuzda gərgin olan vəziyyəti daha da gərginləşdirir.

Əslində Tayvan Çin kimi böyük dövlətin kreyserləri, submarinaları, sualtı qayıqları, hərbi desant gəmiləri və 2 minə yaxın hərbi təyyarələri olan hərbi maşınının qarşısında dayanmaq iqtidarında deyil.  Lakin, hələlik harda müharibə ocağı varsa, dərhal ocağın üstünə benzin tökməyə hazır olan ABŞ- ın birbaşa müdaxiləsi ilə küyə gedən Tayvan hökuməti geri çəkilmək fikirində olmadığını nümayiş etdirməkdədir.

Müharibə başlayacağı təqdirdə Tayvan ABŞ-ın dəstəyi ilə, Çinin Yantsizi su anbarına zərbə endirmıklə, Nankin, Şanxay və Uxan şəhərlərini su altında qoymaqla milyonlarla insanın həyatını təhlükə altına salmağı  planlaşdırır. Çin isə buna cavab olaraq adanı tamamilə məhv edəcəyi ilə hədələyir.

Çinin ən böyük su anbarının bəndlərinin  dağılması, yüz metr hündürlükdə axan su axının yaxın ərazilərdəki şəhərlərin tamamilə su altlnda qalması deməkdir  Çin tərəfi bildirir ki, adi raketlərlə su anbarının bəndlərini dağıtmaq mümkün deyil. Bu bənləri yalnız nüvə raketləri ilə dağırmaq olar ki, Tayvan belə bir silah növünə malik deyil. Amma Tavanın Birləşmiş Ştatlar kimi, "yaxın dostu, müttəfiqi" var. Vaşinqton üçün isə milyonlarla çinlinin ölməsinin və yaxud Tayvan adasının ümumiyyətlə yer üzündın silinməsinin heç bir əhəmiyyəti yoxdur. Təki onların "dövlət maraqları" təmin olunsun. 

 

TƏQVİM / ARXİV