adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7

Çin Ukrayna böhranının həlli yollarını Parisdə axtarır?.. -  Rüstəm Hacıyev yazır

RÜSTƏM HACIYEV
343 | 2024-05-06 10:00

Çin Xalq Respublikasının sədri Di Tzinpin Fransada rəsmi səfərdədir. O, Fransanın Le Fiqaro qəzetinə bildirib ki, Çin Fransa və beynəlxalq ictimayyətlə birlikdə Ukrayna böhranından çıxış yollarını tapmağa çalışır.

"Biz ümid edirik ki, Avtopa tezliklə sülh və stabilliyə qovuşacaq. Biz Fransa və bütün beynəlxalq ictimayətlə birgə böhranın həll olunması yollarını axtarmaq niyyətindəyik"- deyə Si Tzinpin bildirib. 

Təbii ki, Çin boyda dövlətin başçısına məsləhət verməkdən çox uzağıq, amma bu böhranın aradan qaldırılması üçün Fransa, xüsusilə də onun prezidenti Emanuel Makron düz seçim deyil. Makron neçə aydır NATO ölkələrini Ukraynaya ordu göndərməyə çağırır. İndi birdən-birə 180 dərəcə dəyişib sülh carçısına çevriləcək? 
 
Çin lideri qeyd edir ki, Çin böhran tətəflərindən heç birinin tərəfində deyil, lakin həmişə münaqişənin sülh yolu ilə həllinə çalışır.  Si Tzinpin guya bilmir ki, Bayden və Makron səs-səsə verərək bütün bəyənatlarında dəfələrlə Çini Rusiyaya silah-sursat verməkdə, Ukrayna münaqişəsində Rusiyanın yanında olmaqda günahlandırırlar?

"Mən dəfələrlə BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə riayyət olunmasına, bütün ölkələrin suverinliyinin və ərazi bütövlüyünə hörmətlə yanaşılmasına, tərəflərin qanuni maraqlarına diqqət yetirilməsinə çağırmışam"- deyə ÇXR-nın sədri bildirib.

Hörmətli Si Tzinpin də çox gözəl bilir ki, ABŞ və Rusiya kimi hegemon dövlətlər həmişə BMT-nin məqsəd və prinsiplətinə formal yanaşlblar, yəni heç vaxt əhəmiyyət verməyiblər və bundan sonra da "ölkə maraqlarını" bəhanə  edərək bildiklərini edəcəklər. İkincisi də, Rusiya-Ukrayna arasında münaqişə  adlandırdığınız, əslində qanlı müharibə, yalnız Rusiyanın hərbi və iqtisadi cəhətdən çökməsindən sonra baş tuta bilər ki, bu da mümkün variant kimi görünmür. Böyük nüvə silahı potensualına malik Rusiya belə asanlıqla çökən, və ya təslim olan da deyil. Yəni bu böhran adlandırılan müharibənin heç sonu da görünmür. 

 Görünən odur ki, Birləşmiş Ştatlar və aparıcı qərb dövlətlərinin illərdi tədbiq etdikləri 14-dü, 15-di,  antirusiya sanksiya paketləri Rusiyanı bir balaca iqtisadi sıxıntıya salsa da, çökdürmək gücündə deyil, əksinə bu saksiyslar Kremlidə əyləşənləri daha da qızışdırır və Avropa dövlətlərinə qarşı daha təhlükəli addımlar atmağa yönəldir. ABŞ, xüsusilədə  ll Dünya müharibəsindən sonra, onillərdi Rusiyanı gücdən salıb dağıtmağa çalışır, amma... istəyinə nail ola bilmir, arzusu gözündə qalır.

 İndi Çin liderinin Fransa prezidenti Emanuel Makronun simasında "sülh göyərçini" axtarmasını yalnız " gəlişi gözəl" siyasi gediş kimi qiymətləndirmək daha düzgün olar. 

 ÇXR-nın sədri Si Tzinpin Avropa turnesi çərçivəsində Serbiya və Macarıstana da səfər edəcək. Yəqin ki, bu ölkələrlə də böhranın həlli ilə bağlı müəyyən bəyənatlar səsləndirəcək. Sonra isə mayın 10-da vətəninə dönəcək və hər şey dayandığı yerdən davam edəcək.

 

TƏQVİM / ARXİV