adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7

Gürcüstan yenə qaynayır -  Rüstəm Hacıyev yazır

RÜSTƏM HACIYEV
467 | 2024-04-18 09:50

Gürcüstan parlamenti xarici agentlərlə bağlı qanun layihəsini yenidən gündəmə çıxarıb. Bu qanunu ötən il də qəbul etməyə cəhd edilmişdi. Lakin müxalifətin ciddi etirazı onun parlament tərəfinfən qəbul olunması təşəbbüsünün qarşısını ala bilmişdi. 

Gürcüstanın hakim partiyası yenidən bu qanunun qəbul olunması üçün parlamentin müzakirəsinə çıxarıb və artıq birinci oxunuşda 83 deputat bu qanunun leyhinə səs verib. 

Qanunun yenidən parlament müzakirəsinə çıxarılması etiraz edən müxalifət qüvvələrini ayağa qaldırıb. Parlament binasının qarşısına minlərlə etirazçı toplaşıb. Mitinqçilərin əllərində Gürcüstan bayraqları ilə yanaşı Avropa İttifaqının bayraqları da dalğalanır. Onlarla polis əməkdaşları aksiyada asayişin qorunmasını təmin edir.

Etirazçılar artıq hakim partiyaya  ciddi tələblərini də irəli sürüblər. "Biz bir saat ərzində hakim "Gürcü arzusu" partiyasından gürcü xalqının əyilməz əzminin qarşısında Konstitusiya hüdudlarına qayıtdıqları ilə bağlı siyasi bəyənat verməsini gözləyəcəyik"- xüsusi hazırlanmış səhnədən, şair Rati Amoqlobeli müxalifətin bəyənatını səsləndirib.

 Müxalifət Qanun layihəsinin geri çəkiləcəyini gözləyir. Gürcüstanın prezidenti Salome Zurabişvili bəyan edib ki, qanun layihəsi parlament tərəfindən qəbul edilərsə, ona veto qoyacaq.

Son məlumatlara görə, Tbilisidə hökumət evinin qarşına toplaşan etirazçılarla polis arasında toqquşma baş verir. Polis mitinqçiləri kənara çəjməyə çalışır, etirazçılar isə polis kardonunu yararaq binaya girməyə vəhd edirlər.

Mitinq təşkilatçılarının liderlərindən biri, Ldvan Suskiridze bildirmişdi ki, nümayişlərin dinc şəkildə keçirilməsi planlaşdırlb. Onlar sadəcə baş nazir Kobaxidzeylə görüşüb, ondan aanun layihəsinin geri çağrılmasını xahiş edəcəklər. 

Amma görünən odur ki, bu heç də asan olmayacaq.

 

TƏQVİM / ARXİV