adalet.az header logo
  • Bakı -°C

Rusiya strateji aviasiyasını belə qoruyur

68 | 2026-11-10 10:22
A- A+

Rusiya strateji aviasiyasının Uzaq Şərqə dislokasiyası, ilk növbədə, Ukraynanın uzaqmənzilli zərbə imkanları ilə əlaqədardır. Bu, Rusiyanın strateji aviasiyasının qalan hissəsini qorumaq və nüvə üçlüyünün üzvü statusunu saxlamaq üçün atdığı məcburi addımdır.

Adalet.az xəbər verir ki, bu barədə ukraynalı hərbi ekspert Anatoli Xrapçinski bildirib.

Onun sözlərinə görə, təyyarələrə texniki xidmət göstərmək və onları təchiz etmək üçün Rusiyaya ən azı bir hərbi aviabaza lazımdır. Buna görə də Moskva aviasiyanı 4 min kilometrdən çox məsafədə yerləşən uzaq aerodroma köçürməyə çalışır.

Ekspert qeyd edib ki, Saratov vilayətində, Ukrayna sərhədindən təxminən 700 kilometr məsafədə yerləşən “Engels-2” aviabazasından istifadə imkanları məhdudlaşıb. Buna səbəb Ukraynanın həmin bazanın yanacaq anbarlarına, saxlama obyektlərinə və birbaşa təyyarələrə vaxtaşırı zərbələr endirməsidir.

Xrapçinskinin fikrincə, Amur vilayətində yerləşən “Ukrainka” uzaqmənzilli aviasiya bazası hazırda Rusiya üçün strateji aviasiyanı qorumaq baxımından uyğun variantdır.

Ekspert vurğulayıb ki, strateji aviasiya Rusiya üçün həssas məsələlərdən biridir. Müharibə zamanı bu aviasiyadan intensiv istifadə Moskvanı nüvə silahını qurudan, dənizdən və havadan tətbiq etmək imkanını təmin edən nüvə üçlüyü statusundan məhrum edə bilər.

Onun sözlərinə görə, aviasiyanın Uzaq Şərqə köçürülməsi Rusiyanın strateji aviasiyasının qalıqlarını qorumaq və nüvə üçlüyünə malik dövlət statusunu saxlamaq məqsədi daşıyır.

  • Noyabr:
  • 6

TƏQVİM / ARXİV