Çinin xarici ticarət balansının müsbət saldosu 1 trilyon dolları keçib
Bu ilin yanvar-oktyabr aylarında Çinin xarici ticarət balansının müsbət saldosu 1,04 trilyon ABŞ dolları təşkil edib
Adalet.az "Euronews"a istinadən xəbər verir ki, bu barədə ölkənin Baş Gömrük İdarəsi məluma yayıb.
Qeyd olunub ki, ixracın idxalı üstələməsi süni intellektlə bağlı məhsullara qlobal tələbatın artması ilə bağlıdır.
Təkcə oktyabrda Çinin ixracının dəyəri illik müqayisədə 35,2 % artaraq 412,3 milyard ABŞ dolları, idxalının dəyəri isə 41,6 % artaraq 307,1 milyard ABŞ dolları təşkil edib.
İxracın artmasının əsas hərəkətverici qüvvələri süni intellekt infrastrukturunun inkişafı üçün zəruri olan yarımkeçirici çiplər, məlumatların emalı mərkəzləri üçün serverlər və şəbəkə avadanlıqları olub.
Beləliklə, Çin ardıcıl olaraq ikinci ildir ki, ticarət balansının profisitində 1 trilyon ABŞ dolları həddini keçib. 2025-ci ildə bu göstərici rekord səviyyədə - 1,2 trilyon ABŞ dolları təşkil edib. Bu il müvafiq həddə bir ay tez çatılıb.
Digər Xəbərlər
10 Noyabr 2026 10:28
Beşqat Olimpiya çempionu prezidentliyə namizəd olacağını açıqladı
10 Noyabr 2026 10:22
Rusiya strateji aviasiyasını belə qoruyur
10 Noyabr 2026 09:41
ABŞ-də zavodda kimyəvi SIZMA
10 Noyabr 2026 09:00
Zelenski Putinlə Antarktidada belə görüşməyə hazırdır
10 Noyabr 2026 08:54
İrana hücumları bərpa etməyə hazırıq - Tramp
10 Noyabr 2026 00:22
Rusiyaya qarşı yeni sanksiyalar paketini açıqladı - 38 qurum, 24 şəxs...
10 Noyabr 2026 00:10
Hörmüz 8 milyard qarşılığında açılacaq? - Tehrandan CAVAB
10 Noyabr 2026 00:00


Bakı -°C

