O qədər budandım - dözüm qalmadı
Sulandı dörd yandan - közüm qalmadı...
Sənə deyəcəyim sözüm qalmadı -
Söz sənin özünsən!
Düymə tək görünüm bağlı yaxanda,
Tüstüm görünürmü gendən baxanda?!.
Məni yandıran da, məni yaxan da -
Köz sənin özünsən!..
Fidan seçiləndən milyondan,, mindən
Dəyişib yolumu - çıxmışam dindən!
Mən özüm deyiləm , həmin o gündən -
Öz sənin özünsən!
Yağmağı tərgidib deyəsən bulud
Qəlbimi incidir bu soyuq sükut!..
Əbülfət, tay sən də dözməyi unut -
Döz sənin özünsən!..


Bakı -°C
