ABŞ-də zavodda kimyəvi SIZMA
ABŞ-ın Kaliforniya ştatında nar şirəsi istehsal edən “POM Wonderful” şirkətinin zavodunda kimyəvi sızma baş verib.
Adalet.az xarici mətbuata istinadən xəbər verir ki, hadisə nəticəsində 11 nəfər xəstəxanaya yerləşdirilib.
Şirkətin məlumatına görə, sənaye təmizləyici vasitənin boru kəmərinə tökülməsi nəticəsində zəhərli buxarlar ətrafa və yaxınlıqdakı binalara yayılıb. Hadisə ilə əlaqədar zavoddan 150-dən çox işçi təxliyə edilib.
Yerli yanğınsöndürmə xidmətinin nümayəndəsinin sözlərinə görə, ümumilikdə 58 nəfərə tibbi yardım göstərilib, onlardan 11-i xəstəxanaya aparılıb.
Bildirilib ki, hadisədən yerli sakinlərə və ətraf mühitə zərər dəyməyib. Boru kəməri təmir olunduqdan sonra zavod fəaliyyətini bərpa edib.
Digər Xəbərlər
10 Noyabr 2026 10:28
Beşqat Olimpiya çempionu prezidentliyə namizəd olacağını açıqladı
10 Noyabr 2026 10:22
Rusiya strateji aviasiyasını belə qoruyur
10 Noyabr 2026 10:01
Çinin xarici ticarət balansının müsbət saldosu 1 trilyon dolları keçib
10 Noyabr 2026 09:00
Zelenski Putinlə Antarktidada belə görüşməyə hazırdır
10 Noyabr 2026 08:54
İrana hücumları bərpa etməyə hazırıq - Tramp
10 Noyabr 2026 00:22
Rusiyaya qarşı yeni sanksiyalar paketini açıqladı - 38 qurum, 24 şəxs...
10 Noyabr 2026 00:10
Hörmüz 8 milyard qarşılığında açılacaq? - Tehrandan CAVAB
10 Noyabr 2026 00:00


Bakı -°C

