adalet.az header logo
  • Bakı -°C
10 Noyabr 2026 10:37
67
ƏDƏBİYYAT
A- A+

Əbülfət Mədətoğlu: Özünsən

O  qədər  budandım - dözüm  qalmadı
Sulandı  dörd  yandan  -  közüm  qalmadı...
Sənə  deyəcəyim  sözüm  qalmadı -
Söz  sənin  özünsən!

Düymə tək  görünüm  bağlı  yaxanda,
Tüstüm görünürmü  gendən  baxanda?!.
Məni  yandıran da, məni  yaxan da -
Köz  sənin  özünsən!..

Fidan  seçiləndən  milyondan,, mindən
Dəyişib  yolumu - çıxmışam  dindən!
Mən  özüm  deyiləm , həmin  o gündən -
Öz  sənin  özünsən!

Yağmağı  tərgidib  deyəsən  bulud
Qəlbimi  incidir bu  soyuq  sükut!..
Əbülfət, tay  sən də  dözməyi  unut -
Döz  sənin  özünsən!..