adalet.az header logo
  • Bakı -°C

Müəllim də bir mələkdir... - Faiq QİSMƏTOĞLU yazır

FAİQ QİSMƏTOĞLU
154 | 2026-02-15 16:12
A- A+

.... Allahın çoxlu mələkləri var. Və o mələklər həmişə insanların içində, qəlbində nə olur hamısı bilir. Sadəcə biz insanlar bunu hiss eləmirik və hiss eləsəydik  əyri, qaranlıq yolla getməzdik! Allah həm də Yer üzünə mələk sifətli insanlar göndərib. Ki, onları görəndə Allahı yaddan çıxarmayaq, onu unutmayaq! Bax , həmin mələk sifətli insanlardan  biri də şagirdin qəlbini ələ alan, ona elm, savad , sevgi, işıq verən  müəllimlərdir.

O müəllimlər ki, ömrümdən, günündən, ürəyinin işığından  öz şagirdinə, öz tələbəsinə   pay verir.Və belə müəllimlər də  həm şagirdləri , həm də insanlar tərəfindən həmişə sevilir.Bizim də təhsil aldığımız Füzuli rayonunun Böyük Bəhmənli kənd orta məktəbində  mələk sifətli müəllimlər olub. Onların çoxu Allahın dərgahına qovuşub  və bizim ürəyimizə köçüb

Yerləri.Cənnət olsun! Dünyasın dəyişmiş mələk sifətli  müəllimlərimizi yada salaq: Cəlal müəllim, Əvəz müəllim, Balaca müəllim, Nuğay müəllim, Rza müəllim, İsa müəllim, Cəmil müəllim, Həşim müəllim, Məhəmmədəli müəllim, Əkbər müəllim, Qəzənfər müəllim, Mətləb müəllim, Ənvər müəllim, Məcnun müəllim, Əliş müəllim, Məcid müəllim, Yüsür müəllim... Kimsə yaddan çıxıbsa, onların ruhu bizi bağışlasın! sağ olan müəllimlərimiz də var. Ən çox mənim əziyyətimizi çəkən və məni " kəşf" edən ibtidai sinif müəlliməmiz Həqiqət xanım Rzayeva! Fizika müəllimimiz Nurəddin Abbasov və tarix müəllimimiz

Məhər müəllim! Hər müəllimimizin öz dəst- xətti var idi. Biri bizi qorxudurdu... Biri atamızla hədələyirdi... Biri bizi nar ağacı ilə döyürdü... Bir də sevgisin verirdi... Bax , o sevgisin  verən , mələk sifətli, Azərbaycan dili və ədəbiyyatdan dərs deyən Cəlal müəllim idi. Amma bizə Azərbaycan dili və ədəbiyyatdan dərs deyən Ənvər Muradov idi.Əslinə qalanda Cəlal Səfərov bizə dərs demirdi. Ənvər müəllim o vaxtlar Azərbaycanda Pedaqoji İnstitutunda qiyabi təhsil alırdı. O, imtan  sessiyasına getmişdi və Cəlal müəllim də bir aylıq onu əvəz edirdi. Eşitmişdik ki, Cəlal müəllim çox gözəl dərs deyir, amma görməmişdik. Elə ilk dərsdən  bizim sinifdə  hamının ürəyini fəth elədi, eləcə də mənim.

Sanki dərs demirdi ,  şirin bir dünyanın içinə aparmışdı bizi. Və hələ biz  danışığından bal daman belə müəllim görməmişdik. Tək gözəl danışmırdı. Bizi balası, nəvəsi,əzizi kimi sevə- sevə öyrədirdi. Aşıq Ələsgərı, onun yaradıcılığını,dodaqdəyməzi,dildönəzi, qoşmanı, təcnisi o bizə sevdirdi. Dərsi elə gözəl izah elədi ki, tay gedib evdə oxumağa ehtiyac  qalmadı.Çünki Cəlal  müəllim dərs deyəndə ürəyınin işığını ,nurunu bizə  verdi. Və işıq kimi, nur kimi də ürəyimizə  köçdü... Hələ də onun səsi , çöhrəsindəki nur , səmimiyyəti  və sadəliyi  yaddaşımısdadir.

O , bizə bir ay müddətində Mirzə Ələkbər Sabiri, Seyid Əzim Şirvanini , Qasım bəy Zakir... sevdirdi... Azərbaycan dilinin şirinliyini, min rəngini, gözəlliyini bizə aşladı... Və nəhayət bizim yaddaşımızda  ədalətli,işıqlı səmimi  bir ziyalı kimi qaldı. Yəni Cəlal Səfərov  müəllimlər  müəllimi idi. Onun çox gözəl ziyalı övaladları olub; Adil, Qənimət, Söbət, Cabir, Sabir... Söbət Səfərli ilə orta məktəbi eyni ildə bitirmişik.

Çox istedadlı yazıçı - jurnalist  idi. Heyif ki, dünyasın tez dəyişdi... Və bu gün Azərbaycan jurnalistikasında Söhbət Səfərlinin  yeri  görünür...  Cəlal müəllim həm də dünyanın ən təmiz , pak adamı idi. Və evinə heç vaxt haram tikə aparmamışdı . Balalarını da halal , alın tərilə  qazandığı çörəklə  böyütmüşdu... Onun Bəhmənlidə  dərs dediyi minlərlə şagirdi var .

Onlar hamısı Cəlal müəllimi yaşadir... Onun yüksək mövqe tutmuş yetirmələri olub: Süleyman İsmayılov, İsmayıl İsmayılov,  Süleyman Babaşov, Şirxan Adıgözəlov, Vaqif Bəhmənli, Zülfüqar Əliyev, Əhliman Əliyev!  Bax , Cəlal müəllim belə bir ziyalı, belə  bir  kişi olub.Bəhmənlinin  mələk sifətli müəllimi  bu  gün də  bir gözəl əməllərinə ,  şərəfli və ləyaqətlə ömür yoluna  görə bir həyat, insanlıq simvoludur...

TƏQVİM / ARXİV