adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7

Özaldan Ərdoğana Türkiyənin prestij mübarizəsi!

FƏRHAD ŞABANOV
29894 | 2013-04-13 08:55

Barak Obamaikinci dəfə ABŞ prezidenti seçildikdən sonra ilk səfərini İsrailə etdi. Səfərinson günündə İsrail baş naziri Netanyahu Ərdoğana zəng edərək "MaviMarmara" gəmisində baş verənlərə görə Türkiyədən üzr istədiyini dedi.Kütləvi informasiya vasitələri Türkiyədə elə bir aura yaratdı ki, sanki Türkiyəçox önəmli bir zəfər əldə edib. Ankaranın medyatik meri mərkəzi küçələrəƏrdoğan və Netanyahunun şəkillərinin yer aldığı posterlər asdırdı. Posterdə,İsraili üzr istəməyə məcbur etdiyinə görə Ərdoğana təşəkkür edilirdi.

Yandaşmedianın köşə yazarları palaz-palaz mədhiyyə yazıları yazdılar Ərdoğanınşərəfinə. Guya ki, Türkiyənin xarici siyasətdə uzun illər itirilmiş prestijiniƏrdoğan geri qaytardı.

Türkiyədəkijurnalistikanın vəziyyəti hal-hazırda acınacaqlı haldadır. Ərdoğançılar vəanti-Ərdoğançılar arasında mübarizə gedir. Jurnalistikanın özəyini əmələgətirən "tərəfsizlik" anlayışı indi bu diyardan çox uzaqlardadır. Mənbu məsələyə həm tərəfsiz, həm də beynəlxalq münasibətlər aspektindən yanaşmağaçalışacam.

Obama ilksəfərini İsrailə etdi çünki...

Bütün Qərbölkələri - eləcə də Amerika- Suriyanıasan loğma hesab edirdi, amma yanıldılar. Əsəd rejimi gözləniləndən daha güclümüqavimət göstərir. Əsədin Suriyanın başında qaldığı hər saat Amerika üçüntəhlükədir. Çünki Amerikanın Şərq siyasətində Suriya önəmli yerə sahibdir. Bunuhəm geo-politik cəhətdən ələ almaq olar, həm geo-strateji. Suriyanın Rusiya iləolan yaxınlığı isə Amerikanı ən çox narahat edən amildir.

Hal-hazırdaSuriya Amerika üçün əldən sürüşüb dənizə düşən bir balıq kimidir. Amerikanın obalığı yenidən əlinə alıb- almayacağını heç kim bilmir. Ancaq bilinən bir şeyvar; o da bu şərtlərdə Türkiyənin stratejik əhəmiyyətinin artdığıdır. AmerikaŞərqdəki ən yaxın iki müttəfiqini - söhbət Türkiyə və İsraildən gedir -yaxınlaşdıraraq həm də öz hegemoniyasına qarşı yönələcək təhlükələri aradanqaldırmağa çalışır.

Amerikanınbu cür siyasət yürütməsinə tarixdən bələdik. SSRİ-nin olduğu dövrdə necə ki,Yunanıstan və Türkiyəni bir-birinə yaxınlaşdırıb "Sovet təhlükəsi"niöz həndəvərində nəzarət altında saxlamağa çalışırdısa, indi də həmin cür Rusiyavə İran kimi təhlükələri özünə yaxınlaşdırmamağa çalışır.

Amerikanınmilli mənafeylərinə təhlükə yarada biləcək ölkələrin sərhədyanı ölkələri iləyaxın münasibətlər qurmağa çalışması yeni bir şey deyil. Bunu tarix boyu edib,indi də davam etdirir. Yəni ki, Amerika Türkiyənin qara qaşına, qara gözünəheyran deyil. Amerika öz mənafeyini türklərə sanki Türkiyənin mənafeyi kimitəqdim edir. Başqa vaxt ilanı yuvasından çıxarmağa qadir türk ağlı, indiharadadır heç kim bilmir.

Yandaş köşəyazarları kimi Türkiyənin xarici siyasətdəki prestijinin geri qayıtdığınıdüşünmürəm. Əksinə bu prestijin itirildiyi düşüncəsindəyəm. İndi bunuaçıqlamağa çalışacam.

1980-ci ilhərbi çevrilişindən sonra Turqut Özalın Türkiyənin baş naziri olduğu dövrdəTürkiyə ilə Amerika arasındakı əlaqələrin artdığı görülürdü. Türkiyə Amerikadanaldığı iqtisadi dəstəyin qarşılığını siyasi arenada Amerikanın vəkili qismindəgeri qaytarırdı. Hətta Turqut Özal 1990-cı ildə baş vermiş Körfəz müharibəsindəAmerikanın bütün istəklərini yerinə yetirərkən müharibəyə əsgər göndərməyə beləcan atır. Lakin Türkiyə Ordusunun qərar mexanizmasından ciddi şəkildə etirazsəsi yüksəlir və Özal bu istəyindən geri addım atır.

Türkiyəninbütün bu çırpınışlarına baxmayaraq Amerika, Türk-Yunan münaqişələrində həmişəYunan tərəfinin dəstəkçisi olur. Bunun əsas səbəblərindən biri də Amerikadakıgeniş Yunan icmasının varlığıdır. Bundan başqa Özal dövründə Amerikada"erməni soyqırımı" ilə bağlı bir neçə qərar da alınır.

TurqutÖzalın türk xarici siyasətinə geyindirdiyi itaətkar donu uzun illər Türkiyəninbaşına bəla oldu. Qonşu ölkələr Türkiyəyə Amerikanın bölgədəki oyuncağı kimibaxdı. Amerika nə istədisə, Türkiyə onu da etdi. Ancaq qarşılığında AmerikaTürkiyəyə çox az şey verdi.

2000-ciillərin əvvəllərində Türkiyənin aldığı bəzi qərarlar xarici siyasətdəkiitirilmiş prestijini bir az da olsa qaytarmağa kömək etdi. Məsələn, Amerikanın2003-cü il İraq müharibəsində Türkiyədəki hərbi bazalarından istifadə etməsinəTürkiyə Parlamenti qarşı çıxdı və Türkiyənin bu addımı başda Rusiya olmaqla birçox dövlətin rəğbətini qazandı.

Bundanbaşqa Rusiya-Gürcüstan müharibəsində Türkiyənin tərəfsizliyini qoruması vəGürcüstana yardım aparan amerikan gəmilərinə Türkiyə ərazisindəki boğazlardankeçməsinə icazə verməməsi, Türkiyənin də lazım gələndə öz mənafeləri uğurunaAmerikaya etiraz edə biləcəyini göstərdi. Türkiyənin bu mövqeyi ən çox Rusiyanıməmnun etdi və Türk-Rus münasibətlərinin həm iqtisadi, həm siyasi cəhətdəninkişaf dönəmi başladı.

Ancaq sonillərdə baş verən Suriya münaqişəsi həm Türkiyənin qazandığı prestiji, həmRusiya ilə əlaqələri korladı. Türkiyə yenidən Amerikanın bölgədəki sözçüsürolunu oynamağa başladı. Rusiya, hər il Türkiyəyə önəmli yer verdiyi xaricisiyasət konseptinin 2013-cü il üçün olan buraxılışında dəyişiklik etdi vəTürkiyəyə yer vermədi. Rusiyadan başqa İran da Türkiyənin Suriya siyasətinibəyənmir və bunu hər fürsətdə dilə gətirir.

Türkiyə "qonşularla sıfır problem"siyasətini qarşısına məqsəd olaraq qoyub, ancaq bunun üçün heç bir addım atmır.Əksinə Türkiyənin atdığı addımlar Amerikanı məmnun etməyə yönəlikdir və bölgədətarazlığın və sülhün bərpasına heç bir dəstək vermir.

Türkiyəkimi stratejik bölgədə yerləşən bir dövlətin xarici siyasəti daha müstəqil vədaha inamlı olmalıdır. Özünə və sözünə güvənməlidir. Dünyanın o biri başındakıAmerikaya yox...

FərhadŞabanov

[email protected]

TƏQVİM / ARXİV