adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7

Bəs divar qurtarandan sonra nə olacaq? - Rüstəm Hacıyev yazır

RÜSTƏM HACIYEV
470 | 2023-01-26 10:42

ABŞ və Avropa İttifaqı Ukraynaya silah-sursat göndərməkdə davam edir. Bu günədək göndərilən silah-sursat barədə verilən məlumatlara inansaq, belə məlum olur ki, onların sayı Ukraynada yaşayan və bu silahlardan istifadə etmək qabilliyyətləri olan vətəndaşların sayından çoxdur.

Politico jurnalı yazır ki, Ukraynaya göndərilən ağır texnika və zenit-raket komplekslərindən sonra, yəqin ki, "növbəti addım müasir qırıcı təyyarələrun göndərilməsi olacaq". NATO ölkələri ilə bu məsələlərin müzakirəsində iştirak edən diplomatlardan biri bəyan edib ki, bu planı əsasən alyansa üzv Pribaltika dövlətləri dəstəkləyir.

Hazırda bir sıra iri Avropa dövlətləri, Ukraynaya qırıcı təyyarələrin verilməsinin vəziyyətin daha da kəskinləşməsinə gətirib şıxara biləcəyindən qorxurlar. Ona görə də bu ideyyanı uğursuz hesab edirlər. "Hazırda qırıcı təyyarələrin verilməsi ağlasığmazdır, lakin bu ideyaya bir neçə həftə sonra baxılması mümkündür"-deyə diplomatlardan biri bəyan edib.

Xatırladırıq ki, ABŞ hakimiyyəti artıq Ukraynaya 31 ədəd Abrams tanklarının göndərilməsi barədə qərar verib. Həmçinin Almaniya da Ukraynaya Leopard 2 tankları göndərəcək.

Sosial şəbəkələrdə və dünyanın informasiya mərkəzlərinin yaydıqları şəkillərdən və videomateriallardan da görünür ki, Ukraynanın yaşayış məntəqələrinin yarısından çoxu yerlə yeksan olunaraq tamamilə dağıdılıb. ABŞ və Avropa İttifaqı Ukraynaya silah-sursat yardımını artırdıqca, Rusiya artıq dinc yaşayış məntəqələrini daha çox qəddarlıqla, ağına-bozuna baxmadan raket zərbələri ilə altını üstünə çevirir.

ABŞ isə əsas məqsədlərinə çatmaq üçün milyardlarla dollarlıq hərbi "yardım" göndərməkdə davam edir. Görünən odur ki, "divar" hələ çox uzundur, lakin hardasa sonu da olacaq. Görəsən "duvar" qurtarandan sonra nə olacaq?

 

 

TƏQVİM / ARXİV