Vətəni sevmək hamının borcudur. Ən azından Vətən elə Ana deməkdir. Vətəni seviriksə, deməli Anamızı da sevirik. Hər bir insan Vətənə öz borcunu müxtəlif formada ödəyir; kimi şəhid olur, kimi qazi olur, kimi də qalib olur.
Əsas məsələ odur ki, elinə- obana , Vətəninə xidmət edəsən .İnsan da var ki, həm Vətənin ağır günündə yanında olur, canını bu yolda fəda edir, böyük quruculuq və abadlıq işlərinə təkan verir. Və belə Vətənpərvər insanlardan biri də Qubadlı rayonunun Mollu kəndindən olan gözəl insan, böyuk ziyalı, elinə - obasına çətin, ağır gündə arxa duran iş adamı İlham Əliyevdir. O, Qubadlını sayılıb- seçilən , böyük hörməti olan ailələrdən birinin övladıdır.
Həmişə də Qubadlı ilə nəfəs alıb, onun adını , şərəfini uca tutub.Qubadlının ən ağır, ən çətin anlarında insanların arasında olub və onlara arxa durub. Həm Birincisi Qarabağ Savaşında, həm də İkinci Qarabağ müharibəsində döyüşən əsgərlərimizin, oğullarımızın yanında olub. Onlara maddi və mənəvi kömək göstərib.Başqa cür də ola bilməz. Çünki vətənpərvərlik, yurd sevgisi İlham qardaşımızın qanındadır
.2020- ci ilin sentyabr 27- də başlayıb , noyabrın 10- da başa çatan 44 günlük möhtəşəm qələbəmizdən və ərazi bütövlüyümüz təmin ediləndən sonra o, Qubadlıda və eləcə də işğaldan azad edilən digər rayonlarda bir iş adamı kimi abadlıq, quruculuq , tikinti işlərində yaxından iştirak edib. Daha doğrusu, ürəyinin, qəlbinin atəşini elinin- obasını yenidən qurulmasına həsr edib. Hər dəfə bir iş görəndə, daşı- daş üstə qoyanda sevinib.
Və sevinib ki, insanların yurda qayıtması üçün möhtəşəm işlərin görülməsində iştirak edib. O, tək elini- obasını sevməyib və bütün Türk dünyasını sevib.Dəfələrlə Vətənpərvərliklə bağlı Türkiyədə keçirilən tədbirlərə dəvət alıb və orda iştirak edib! İlham Əliyevin bu gün də bir ayağı bərpa və quruculuq işləri gedən işğaldan azad olunmuş rayonlarımızdadır! Və o deyir ki, hər dəfə o yerlərə gedəndə çiynimdən ağir bir yük götürülür və özümü çox rahat hiss edirəm .
Mən həmişə Ulu Öndər Heydər Əliyevin və prezident İlham Əliyevin tutuğu siyasi xətti müdafiə etmişəm. Çünki bilmişəm ki , hər iki böyük siyasətçi bizi işıqlı yolu aparır. Və mən də bu yolu tutmuşam! Bəli bizi tanıdığımız İlham qardaşımız belə bir vətənpərvər insandır. Xalq şairi Məmməd Araz çox gözəl deyib: " Vətən daşı olmayandan, olmaz ölkə vətəndaşı..."


Bakı -°C
