adalet.az header logo
  • Bakı -°C

Avtomobil idarə eləmək... - Faiq QİSMƏTOĞLU yazır

FAİQ QİSMƏTOĞLU
175 | 2026-02-09 12:01
A- A+

Sükan arxasında əyləşmək , avtomobil idarə eləmək hamının arzusudur.Amma arzu, istək hələ hər şey demək deyil.Ən azından ona görə ki, sükan arxasında oturursansa, yol hərəkəti qaydalarını mükəmməl bilməlisin.

Yəni sükan arxasında özünü rahat hiss eləməli, səbrli olmalı, digər nəqliyyat vasitələri üçün qəza şəraiti, təhlükə yaratmamalısan! Amma biz çox vaxt bunun əksini görürük. Görürük ki, bəzi sürücülər sükan arxasında olarkən  məsuliyyətsizlik edir, dönərkən sağ və sol arxa işıqları yandırmır, bir çoxları yandıranada  işıqları söndürmür.

Belə olanda da arxadan avtomobilin sürücüsü karxır və qəza şəraiti yaradır. Əksər sürücülər qadınların maşın sürərkən yol hərəkət qaydalarını pozduqlarından gileylənir. Bu fikirlərdə  də müəyyən mənada həqiqət var. Belə ki, bir neçə yol-nəqliyyat hadisələrinin xanım sürücülərin  qaydaları pozması nəticəsində  baş verib.Onlar bir çox hallarda yolda tez-tez manevr edir, dönərkən arxa işıqları yandırmır, ara məsafəsi saxlamır, hava şəraitinə uyğun sürət həddi seçmirlər.Təbii ki, bu da qəzaların baş verməsinə  münbit şərait yaradır.Amma bu demək deyil ki, kişi sürücülərin hamısı yol hərəkəti qaydalarına riayət edir! Heç mən qadın sürücülərin " avtoş" luq elədiyini  görməmişəm...

Və ən çox gənclərin və orta yaşlı  kişilərin  avtoxuliqanlıq elədiyini şahidi olmuşam! Şahidi olmuşam ki, keçirilən reyd zamanı yol polisinin dəfələrlə etdiyi" dayan" xəbərdarlığına baxmayaraq, həmin sürücülər hərəkəti davam etdirib, maşını ikitəkəri  üstə  sürüb, siq- sağ hərəkətlər edib və axırda da çətinliklə də olsa, yol polisi müxtəlif  formalardan istifadə edərək onlar  saxlayı.

Təbii ki, belə sürücülər avtoxuliqanlıq eləməklə cəmiyyətə  hörmətsizlik göstərməklə yol hərəkəti qaydalarını kobud surətdə pozur, qəza şəraiti yaradır və hərəkət iştirakçılarına qorxulu anlar yaradırlar!  Aydındır ki, avtoxuliqanlıq edənlər  inzibati  məsuliyyət daşıyırlar.Və onlar haqqında inzabatı həbs tədbirləri seçilir! Nə isə ... Sükan arxasıda əyləşirsənsə, hər şeyi dərindən düşünməlisən. Həkimin səhvindən bir nəfər  ölə bilər, hakimin səhvindən bir insan ağır cəza alar, amma sürücünün səhvindən 4-5 nəfər ölər. Ona görə də, hörmətl sürücülər, bu səhvləri eləməyin!!!

  • Fevral:
  • 6

TƏQVİM / ARXİV