adalet.az header logo
  • Bakı -°C

Usta Zeynal və... - Faiq QİSMƏTOĞLU yazır

FAİQ QİSMƏTOĞLU
215 | 2026-02-02 19:02
A- A+

Allah Mirzə Cəlilə rəhmət eləsin! Onun gözəl hekayələri çoxdur. Və bu gözəl hekayələrdən biri də " Usta Zeynaldır" Bu Usta Zeynal  çox yazıq və faxır bir adamdı.Heç kiminən işi yoxdu və başın ağağı salıb öz işini  görür.Amma necə? Bax elə əsas məsələ də elə budur.Dünyanın hər yerindən danışır, dağı arana aparır, aranı da dağa! Zalım oğlu heç bir danışan adam aman vermir.

Elə hey üyüdüb  tökür. Başı söhbətdən  açılanda  baxıb görür ki, hörkü üçün hazırlamış palçıq qupquru quruyub və işə yaramır.Yəni Usta Zeynalın əlindən  danışmaqdan başqa bir iş gəlmir. Ona görə də, usta kimi o, çörəkpulu da qazana  bilmir. Elə indi də elə ustalar var ki, Usta Zeynaldan betərdir və onun ölənlərinə  rəhmət oxutdururlar. Çünki Usta Zeynalın əlindən bir iş  gəlməsə də, amma yalançı deyildi. İndiki ustaların həm əllərindən bir iş gəlmir, həm də yalançıdırlar.İş başlayır, görürsən ki, bir ay yoxa çıxdılar. Soruşursan ki, niyə  gəlib işini görmürsən? Deyir ki, əmim rəhmətə  gedib. Yenə gözə dəymir. Bu dəfə də " dayım ölüb",- deyir. Bir həftə yenə " itir" . Zarıyır ki, qayınanam dünyasın dəyişib

 Bədbəxt oğlu sənin nəslində adam qalmadı ki, hamısı qırırldı. Görür ki, yalanının üstü açılır. Bu dəfə " xozeyni" inandırmaq üçün Allaha, Qurana and içir. " Xozeyni" də  deyir ki, Allah da , Quran da yalan danışana qənim olsun! Bax onda o yalançı ustanın sifəti xoruz  pipiyi kimi qılqırmızı olur. Gördükləri iş də bir şeyə yaramır. Mən çox ustalar  tanıyıram və siz də az usta tanımırsınız. Yüzünün arasında iki- üçü  dürüst ola bilər , qalanları yalançı və bir işə yaramayanlardı. Bəlkə, düz demirəm, dostlar! İşə başlayan kimi qiymət " oxuyur" lar.

Mühüyyən söhbətdən sonra ortaq bir qiymətlə razılaşırsan və axıra yaxın yenə  başqa bir qiymət deyir və səndən əlavə pul istəyir. Bax onda cin adamın təpəsindən vurur.Onu başa salırsan və deyirsən ki, adam sözünün yiyəsi olar. Əvvəl necə danışmısdıq, o qiyməti də al, çıx get! Bax onda yenə Usta Zeynalın nəvəsi susur.

Pulu alıb gedir.Bəzi ustalar deyir ki, biz " xozeyinə"iki dəfə qiymət " oxuyuruq". Bir dəfə işin əvvəlində , bir dəfə də işin sonunda! Tutar qatıq, tutmaz ayran! O qədər həriflədiyimiz  adamlar olub. Bax , belə ustalara nə deyəsən?Bu ustalara baxanda Allah Usta Zeynala rəhmət eləsin. O, gül kimi kişi idi, nə qiymət " oxuyur" du, nə də " xozeyni" aldadırdı
Yoxsa , indiki ustalar...

TƏQVİM / ARXİV