adalet.az header logo
  • Bakı -°C

Belələri əyilən uşaqlar... - Faiq QİSMƏTOĞLU yazır

FAİQ QİSMƏTOĞLU
208 | 2025-12-05 15:26
A- A+

Balaca , zəif və çəlimsiz uşaqlar görəndə ürəyim ağrıyır.Və üstəlik də bu uşaqlar çiyinlərinə keçirib belələrində apardıqları məktəbli çantaları onların vəziyyətini bir daha ağırlaşdırır.Onda görün bu zəif və çəlimsiz uşaqlar nə çəkirlər. Özü də o çantaların ağırlığı 7-8 kiloqramdan az olmur! O çantların içərisində lazımsız dərs vəsaitləri az deyil.Və beləcə gözümüzün qabağında millətin gələcəyi olan bu şagirdlərin belləri əyilir.

Ən təəccüblüsü odur ki, biz hamımız bu anları görür və susuruq. Elə bilirik ki,susmaq qızıldı. Amma susmaq heç də həmişə qızıl deyil!Bəzi cəsarətli insanlar susmurlar və aidiyyəti dövlət orqanlarına öz oradlarını bildirirlər! Bəs bu məsələləri kim həll etməlidir? Əlbəttə, birmənalı olaraq Elm və Təhsil Nazirliyi! Çünki aidiyyəti qurum problemi hamıdan yaxşı bilir və çıxıs yolu tapar.Ancaq sadəcə olaraq cəmiyyətin, ictimaiyyətin narahatlığına baxmayaraq, bu günə kimi bu məsələlər  həll edilmir.

Müxtəlif səviyyələrdə söbətlər aparılır, fikirlər səsləndirilir, mediada  gündəm gətirilir və bir müddətdən sonra hər şey yaddan çıxır.Və yenə ağır çantaları çiynində gəzdirən məktəbli şagirdlər olur! Belə olanda bu uşaqların gələcəyi necə olacaq?! Axı bu uşaqlar  böyüyüb əsgər olacaq, böyüyüb ailə quracaq. Onların gələcəyini görəsən, düşünən varmı?! Hər halda , düşünənlər olmamış deyil! Amma düşünmək azdır, problemi həll eləmək lazımdır! Adının çəkilməsini istəməyən məşhur travmatoloq - ortaped deyir ki, 20- 30 il bundan əvvəl biz müayinə edərkən məktəbli uşaqların onurğa sütununda  əyilmələr,  disk yırtıqları yox idi. Ancaq indi o uşaqları müayinə edəndə çox sayda məktəblidə bu problemlər üzə çıxır .

Onlar zamanında müalicə edilməsə , gələcəkdə çox böyük fəsadları ola bilər, hətta əlillik dərəcələri yaranar.Bu isə o deməkdir kı,  həmin gənclər hərbi xidmətə yararsız vəziyyətə  düşür.      Göründüyu kimi, artıq mütəxəssislər də həyəcan təbili çalır. Bu məsələləri isə həll etmək  o qədər də çətin deyil. Sadəcə olaraq Elm və Təhsil Nazirliyi ibtidai sinif şagirdlərin dərs yükünü yüngülləşdirməli, lazimsız vasitələri tədrisdən çıxarmalıdır. Yoxsa belə getsə, o uşaqların belə bundan sonra lap  əyiləcək!!!

  • Dekabr:
  • 5

TƏQVİM / ARXİV