... Hər bir sahədə istedadlı insanlar var ! Və bu heç kimə sirr deyil.Bir də Allah-təala bütün bəndələrini sevir və onlara istedad bəxş edir. İntəhası, zəhmət çəkənlər, əziyyətə qatlaşanlar bu istedadı inkişaf etdirir, cilalayır, üzə çıxarır, tənbəllər isə məhv edirlər...
Amma bu gün istedadlı insanların üzə çıxmasına,inkişafına bir çox halda qara qüvvələr imkan vermir. Hamıya gün kimi aydındır ki, istedadlı həkimi, müəllimi, şairi, yazıçını, jurnalisti bəzən həmin kollektivin özündə imkan vermirlər. Hər yolla onları gözümçıxdıya salır, badalaq atır, hətta müdiriyyətin gözündən salmağa çalışırlar və çox vaxtda buna nail olurlar! Axı istedadlı insan yalan danışa , dələduzluq edə, eləcə də ev yıxa bilmir.
Cahil və nadan adamlarsa, bunları çox yaxşı bilirlər. Ona görə də onlar vəzifəli şəxslərə , müdiriyyətə daha yaxındırlar. Heç bir çox halda müdiriyyətin də istedadlı adamlardan xoşları gəlmir. Qorxur ki, günlərin birində istedadlı adamı onun yerinə təyin edə bilərlər! Bunu hiss edən o vəzifəli şəxslər ətrafına savadsız , cahil və nadan adamları yığır! Ki, istədiyini eləsin və ətrafındakılar ona baş etsinlər! Amma onlar bir şeyi başa düşmürlər ki, istedad gün işığı kimi bir şeydi , o nə vaxtsa üzə çıxacaq! Məgər , belə hadisələr az olub??? Savadsız rəis , müdir və vəzifəli şəxsə, həmişə özündən razı olub və düşünüb ki, o, olmasa heç kəs bu işləri görə bilməz!
İstedadlı sair- publisist Şükür Şənolla uzun müddət idi ki, əlaqəm yox idi. Bu gün telefonla əlaqə yaratdım və o ki, var , ürəyimizi boşaltdıq. Və istedadlı yazara da vaxtılə işlədiyi yerdə qiymət verə bilməyiblər, axırda bezib o kollektivdən uzaqlaşıb. Düz beş ildir ki, işsizdir! Çox təəssüf ki, belə bir istedadlı adamın bir jurnalist, şair kimi peşəkarlığından istifadə edilmir!
Ona görə də Şükür qardaşımız insanlardan küsüb, doğma yurdu- Füzuli rayonunun Böyük Bəhmənli kəndinə gedib. Amma Allahdan küsməyib! Bir neçə il kənddə yaşayb və bir neçə roman , povest qələmə alıb. Doğma kəndi ona yeni nəfəs , yeni güc verib! İnsan həmişə çətin gündə anadan olduğu yerə gedir.Çünki oranın havası, suyu , hətta adamları belə insana yeni ruh, yeni bir təkan verir! Amma Şükür kimi istedadlı , peşəkar yazarları itirmək bu cəmiyyətə çox böyük ziyan vurur.
Belə bir tərbiyəli, əxlaqlı, vətənpərvər və istadadlı bir yazarın kölgədə qalması mənim ürəyimi ağrıdır! Çünki onunla mən eyni orta və ali məktəbi bitirmişik.Və uzun müddət onun mətbuatdakı fəaliyyəti də gözlərimin önündə olub!Yəni Şükür Şənolun böyük mətbuata qayıtmasına cəmiyyətin çox ehtiyac var!Ən azından ona görə ki, bu istedadlı adamların sönməsi cəmiyyətin işığının azalması və sönməsi deməkdir!!!


Bakı -°C
