adalet.az header logo
  • Bakı -°C

Bizi özümüz olmasaq... - Faiq QİSMƏTOĞLU yazır

FAİQ QİSMƏTOĞLU
94 | 2026-06-22 09:00
A- A+

Dünya yarandığı gündən hər şeyin öz adı var; inasanın öz adı var, təbiətin öz adı, var, yerin öz adı var, göyün öz adı... Bax ,bunlar öz yerində olanda dünya öz rəngində , öz çalarında və öz biçimində  olur...

Nə gözəldi, hər şey öz yerində görünəndə !!! Amma bir balaca nəyinsə yeri dəyişəndə dünyada qaçır, rəngi dəyişir və bomboz olur. Güllü- çiçəkli, günəşli dünya qapqaranlıq  olur  və bir səhraya bənzəyir... Dünya dəyişdiyi kimi insanlarda dəyişir. İnsan adamdan çox robota, işlətdiyi mobil telefona, baxdığı televizora oxsayır.

Bilirsiniz , bu, nə deməkdi??? Bu, boz dünyanın boz adamları deməkdi. Və boz adamların sayı milyardı da keçıb! Üstəlik də onların sayı günbəgün artır. İnsanın yanında yad yox , qohumu ölür, kömək eləməyi çəhənnəm heç tükləri də tərpənmir. Yas məclisində kədərlənmək , bikef durmaq əvəzinə aşı elə basıb, yeyir ki, sanki aclıqdan çıxıb. Ən əziz adamının qırx mərasimini də gözləmir. Oğluna vurçatlasın bir toy edir ki, gəl ,görəsən!

Elə bil ki, bir həftə bundan əvvəl dünyasın dəyişən bunun atası, bunun anası, bunun qardaşı deyilmiş... Ən ürəkağrıdan hadisə isə  bütün qohumların ona qoşulub, arsız- arsız  atılıb- düşməsi və toyda şıdırğı oynamasıdı...  Amma əvvəllər bizim kənddə bir adam rəhmətə gedəndə , qohum deyildi ,ha !

Onun ən azından yeddisin, qırxın gözləyib , sonra toy edərdilər! Toy edəndə də yaş düşmüş evin yanından gəlib keçəndə musiqi səslənməzdi. Ki, onların qartmaq bağladığı yarasının gözünü qoparmasınlar. Bax , onda biz özümüz idik; el adət- ənənəsinə , böyük kiçiyə hörmət eləyirdik ! Amma indi çoxumuz özümüz deyilik. İndi özümüzdən çox başqa millətlərə , nə bilim, robotlara oxsayırıq! Qolabollaşma deyilən bir şey var, ha, bax o bizi məhv elədi və məhv eləməkdədir! Çünki özümüz deyilik...

Böyük Bəxtiyar Vahabzadə yazır ki, " qorxuram , insanlar qala, insanlıq ölə..." Bax o vaxt gəlib, ha! Və indanlıq hər gün ölür... İnsanlar özünə bənzəmək istəmir... Və plastik əməliyyatla ölkəmizdə yüz minlərlə insan görünüşün dəyişdirib.Bizm universitetdə oxuyanda bir müəllimimiz vardı və İkinci Dünya mübaribəsində iştirak eləmişdi, üzü də çopur- çopur  idi. Bir alman həkimi ona deyir ki, sənə bir dərman verin, üzünə sürt sağal, cavan oğlan ol! Müəllim də deyir hamı məni belə tanıyib, qayıdaram, anam tanımaz ! Mən özüm olsam, yaxşıdı...

Plastik əməliyyat , sifət dəyişdirmək qorxulu deyil! Qorxulu odur ki, insanlar özləri olmur və insanlıqdan çıxırlar. Yəni adam kimi adamlığın itirir...namusun itirir... kişiliyin itirir... milli düşüncəsin, vətənpərvərliyin itirir... Və nəhayət  manqurta, robota oxşayir. Bu tək insanlığın deyil, bəşəri dəyərlərin ölümüdü... Bəlkə  özümüzə qayıdaq... Allah bizi neçə yaratmışdısa, elə olaq,içimizdə sevgi, mərhəmət,  insanlıq yenidən baş qaldırsın??? Biz yenidən əvvəlki insan ola bilərikmi??? Buna biz yox,zaman cavab verə biləcək!!!

TƏQVİM / ARXİV