Ücretsiz php script indir film izle hd film izle ikinci el eşya alanlar shell indir hack forumu hacklink satışı Ücretsiz php script indir film izle hd film izle ikinci el eşya alanlar shell indir hack forumu hacklink satışı Adalet.az | BAYRAM BAYRAMA QARIŞANDA... Adalet.az | BAYRAM BAYRAMA QARIŞANDA... Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

BAYRAM BAYRAMA QARIŞANDA...

31089    |   2016-06-01 15:11
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Təqvimin günləri o zaman maraqlı olur ki, o gün yaşanır, o gün tarixə çevrilir,  həm də o günü xatırladıqca özünü də, çevrəni də və o günü sənə bəxş eləyənləri də unutmursan. Bax, bu mənada məmləkətin möhtəşəm tarixlərindən biri də 28 Maydı. Əslində elə ən möhtəşəm tariximizdi bu. Elə biz həmin gün bir dövlət olaraq mövcudluğumuzu bəyan etmişik. Bunu təkrar etmək həm vacib, həm də xoşdu. Amma burda bir məqam da var. Bu da həmin günü təkcə tarix səhifəsi kimi yox, həm də yaşanan, musiqiylə, sözlə, nəğməylə cilalanan bir gün kimi qeyd etmək daha xoşdu. Elə mən də bu tarixə təkrar ona görə üz tuturam ki, may ayının 28-də həmin o dediyim xoş ovqatı çoxlarıyla birlikdə yaşaya  bildim. Bu yaşamı isə mənə Şuşa rayon Xəlifəli kənd Uşaq Musiqi Məktəbinin kollektivi bağışladı.

Bəli, həmişə olduğu kimi, bu ilin yekun konsertində də Xəlifəli kənd Uşaq Musiqi Məktəbinin kollektivi gözəl bir proqram hazırlamışdı. Bu proqram əslində həm də Respublika gününün adına bağışlanmışdı. Ona görə də daha maraqlı, daha əlamətdar idi. Tədbiri öncə  Şuşa rayon İcra Hakimiyyəti başçısının müavini Vüsalə xanım Fətəliyeva şərəfləndirdi. O, rayonun və Qarabağ icmasının rəhbəri, icra başçısı Bayram Səfərovun adından tədbir iştirakçılarını bu əlamətdar gün münasibəti ilə ürəkdən təbrik etdi. İştirakçılara Bayram müəllimin  ən xoş arzularını, təbriklərini çatdırdı və sözarası vurğuladı ki, Şuşanın musiqi məktəbləri arasında xüsusi yeri və çəkisi olan Xəlfəli kənd Uşaq Musiqi Məktəbi həmişə özünün fəallığı, yaxşı nümunələri və hazırlıq potensialı ilə fərqlənib. Bu kollektivin uğurları, bu kollektivdə yetişən musiqiçilərin nailiyyətləri həmişə rayona baş ucalığı gətirib. Sonra tədbiri idarə edən aparıcı məhz bayram ovqatlı «Odlar ölkəsi» musiqisinin ifasını təqdim etdi. Böyük Fikrət Əmirova aid olan bu musiqi məktəbin xor kollektivi tərəfindən çox ustalıqla, həm də nizamlı şəkildə ifa olundu. Burada konsertmeyster Rəna xanım Novruzbəylinin peşəkarlığını, məharətini qeyd etməmək mümkün deyil. Bu xanım həmin musiqini həm müəllifin, həm də Respublika gününün adına layiq bir şəkildə idarə etdi.

Bir-birini səhnədə əvəz edən musiqi məktəbinin şagirdləri öz ifaları ilə tamaşaçıları, onları izləyən valideynləri, qonaqları heyran etmişdilər. Bu musiqili dəqiqələrdə zalda bir Şuşa havası yaranmışdı. Hər kəs özünü Qarabağda, Şuşada hiss edirdi. Çünki ifanın, onu idarə edənlərin duyğuları, hissləri Şuşa notları üzərində köklənmişdi. İstər müəllimlər, istər şagirdlər özlərinin bütün müsbət cəhətlərini, qabiliyyətlərini və ən vacibi il ərzində qazandıqları bilgiləri nümayiş etdirməyə çalışırdılar. Sanki bir musiqi yarışması zalda hakim idi. İfaçılar arasında Hicran xanım İsayevanın 5-ci sinif şagirdi Humay Nəbiyevanın «Yaşıl yarpaq» sonatasına verdiyi nəfəs xüsusilə hamını heyrətə gətirdi. Nuranə Sərdarovanın bu sonatasını az qala əl boyda olan Humay Nəbiyeva elə ifa etdi ki, onu alqışlamamaq, onun barmaqlarına heyran qalmamaq mümkün deyildi. Bu qızcığaz əslində həmin sonatanı hər kəsə yaşatdı.

Böyük uğurla keçən yekun konsertində İsmayıl Xudiyevin ifa etdiyi xalq mahnıları, xüsusilə «Sarı gəlin» və «Qarabağ şikəstəsi» bizi öz ağuşuna  almışdı. Bu məktəbli oğlanın səsi də, ifası da, səhnə mədəniyyəti də bizi heyrətləndirmişdi. Elə ona görə də Rayon İcra Hakimiyyəti başçısının müavini konsertlə bağlı yekun çıxışında İsmayılın yaxın günlərdə daha möhtəşəm bir tədbirdə iştirak edəcəyini vurğuladı. Bildirdi ki, bugünkü çıxışıyla İsmayıl həmin haqqı qazandı.

Bəli, böyük uğurla başa çatan yekun konsertində Şuşa rayon Mədəniyyət və Turizm İdarəsinin müdiri Zahid Abbasov və eləcə də digər qonaqlar yüksək səviyyədə keçən bu konsertlə bağlı ürək sözlərini, təkliflərini, arzularını dilə gətirməkdə tərəddüd  etmədilər. Hər kəs məktəbin direktoru Salman Ağalarovu, eləcə də müəllim kollektivini çox böyük sevgiylə təbrik edərək, onlara yeni uğurlar dilədi. Bütün səslənən fikirlərin mərkəzində təbii ki, məktəbin pedaqoji  kollektivi, onun rəhbəri dayanırdı. Çünki bu şəraiti məhz onlar yaratmışdı. Elə  şagirdlərlə birlikdə onlara da bu bayram günündə uğur diləmək, xoş arzular çatdırmaq həm ədalətli, həm də zəruri bir yanaşma idi. Mən də bir tamaşaçı, bir dinləyici kimi 28 May günü Xəlfəli kənd Uşaq Musiqi Məktəbinin kollektivinin yekun konsertində iştirak etdiyimə görə çox məmnunam.

 

 

 

 



İmza:

YAZARIN ARXİVİ

2018-11-18 : DOYMUŞ MƏHLUL
2018-10-23 : YARIMÇIQ MƏKTUB
2018-09-21 : ÜMİD KƏNDİRİ
2018-09-14 : ÖMÜR YARPAQLARI
2018-09-08 : ŞUNURLULAR
2018-09-06 : Təzyiq yazısı
2018-09-05 : AYLI BİR GECƏ
2018-07-31 : HAVALI YAZI
2018-02-01 : "O SÖZƏCƏN..."
2017-12-15 : İLĞIM
2017-11-27 : «QABİL»
2017-11-24 : VAXT GÜNAHKARI
2017-09-27 : "BAYILDAN BAYIRA"
2017-08-29 : KİŞİ TİTULU
2017-08-11 : OVQAT YARADAN…
2017-07-29 : İSTƏK...
2017-07-28 : SÖZ HEYKƏLİ
2017-07-25 : BU DA 27–di!
2017-07-14 : "QALIN" ADAMLAR
2017-06-09 : GÜNAHIM NƏDİ?
2017-06-06 : "SNAYPER QIZ"
2017-05-26 : HAVADAKI ADAM
2017-05-05 : BAKI KÖÇKÜNÜ
2017-03-31 : SOY… QIRIM…
2017-03-01 : MÜŞFİQ TUFANI
2017-02-14 : "YADA DÜŞDÜ"
2017-02-10 : ÖMÜR QIRIQLARI
2017-02-03 : YAŞ HƏDDİ
2017-01-27 : NEKROLOQ
2017-01-19 : BİTMƏYƏN AĞRI
2017-01-06 : SON XƏBƏRDARLIQ
2016-12-16 : ALLAHIN İŞİ
2016-09-09 : BİR HECALI SÖZ
2016-08-13 : MƏKTUB
2016-08-12 : MƏKTUB…
2016-08-12 : HAVA
2016-07-01 : CƏNAB NAZİR
2016-06-17 : ÜMİD KƏNDİRİ
2016-04-29 : NİŞANÇI
2016-04-09 : ŞUŞANIN YOLU...
2016-04-08 : ŞUŞANIN YOLU...
2016-03-11 : MART OVQATI
2015-12-19 : MÜQƏDDƏS AMAL
2015-12-12 : YANIQ SƏS
2015-11-13 : Tofiq Abdinlə
2015-11-13 : ÜZ SUYU
2015-10-31 : SEÇİM ANI…
2015-09-12 : İNSANLIQ
2015-08-27 : YADDAŞ YAZISI
2015-08-19 : "AZƏRBAYCAN"
2015-07-10 : İLĞIM
2015-06-18 : DOST GEDİB…
2015-06-17 : "SAAT SƏSİ"
2015-05-06 : "AZƏRBAYCAN"
2015-04-22 : "YADA DÜŞDÜ"
2015-03-18 : "ADİ QƏŞƏM"
2015-02-28 : HAVALANMIŞ ADAM
2015-02-14 : SENSASİYA
2015-02-12 : BACI DOST OLARSA
2015-02-07 : YARPIZ SÖHBƏTİ
2015-01-16 : YAŞAYAN RUH
2015-01-10 : XAŞ + XAŞ
2015-01-09 : "QƏLƏM SƏSİ"
2014-12-27 : SAXTA BABA
2014-12-26 : SAXTA BABA
2014-12-20 : ŞUNURLU ADAMLAR
2014-12-16 : ELNURUN KİTABI
2014-12-11 : RUH ADAMI
2014-11-29 : NAXIŞLI ADAM
2014-11-20 : HƏYATIMDAKI ADAM
2014-11-15 : DİQQƏT TALONU
2014-11-14 : "QUM SAATI"
2014-11-12 : STATUS - KVO
2014-11-08 : BİR ƏTƏK DAŞ
2014-11-04 : PAMBIQLI QULAQLAR
2014-10-29 : "ƏDƏBİ HƏYAT"
2014-10-11 : AŞ QARASI
2014-10-04 : ZİNDAN UŞAQLARI
2014-09-03 : "YADA DÜŞDÜ"
2014-08-23 : İÇİMDƏKİ TOY
2014-07-18 : Kimsə yoxdu...
2014-07-05 : KİŞİ
2014-06-21 : ÜZ SUYU
2014-06-14 : TANISAM UTANACAQ
2014-05-24 : DİŞ ÇÖPÜ
2014-04-26 : QURU ADAM
2014-03-20 : İynə boyu yazı
2014-03-15 : LƏNƏTLƏNMİŞ
2014-01-25 : ÖZGƏ PALTARI
2013-12-21 : İSİNİŞMƏ...
2013-11-09 : QANADLI GÜNLƏR
2013-07-27 : DOST GEDİB...
2013-07-20 : PALAZA BÜRÜN...
2013-07-13 : YARIMÇIQ YAZI...
2013-05-08 : RUHUMUZUN ÜNVANI
2013-05-04 : "MAYOVKASIZ" MAY
2013-01-19 : DİRƏDÖYMƏ...
2012-12-20 : ATILAN İLK ADDIM
2012-12-08 : ÖGEY ANA
2012-12-07 : ŞAD XƏBƏR:
2012-11-27 : CANLI TARİX
2012-11-24 : SƏNSİZ
2012-11-16 : ÜMİD VERMƏK
2012-11-14 : SƏNSİZ
2012-10-13 : "BİZİM DÜNYA"
2012-08-18 : ADSIZ GÜNAHLAR
2012-06-23 : DON JUAN
2012-06-15 : ONDAN HAMIYA
2012-06-14 : RÜSTƏM KAMAL
2012-02-25 : DOLABDAKI ÜRƏK
2012-02-04 : BİR QIŞ NAĞILI
2012-01-07 : DİQQƏT QITLIĞI
2011-12-31 : SOVQAT
2011-12-17 : NƏFƏSLİK...
2011-11-12 : DOLAB
2011-08-27 : BİR SEVGİ DRAMI
2011-07-22 : SÖZÜN GÜNÜ
2011-07-16 : SİRLİ ZƏNG
2011-07-02 : İLİN YARISI
2011-06-11 : GÖRÜŞ YERİ
2011-05-28 : KÜT BIÇAQ
2011-04-30 : SATILIR
2011-04-23 : QAÇIRILAN QIZ
2011-04-16 : TƏNHA KİŞİ
2011-04-09 : GÖYDƏNDÜŞMƏ
2011-03-19 : AYDINLIQ
2011-03-15 : FRANSIZCA
2011-02-23 : 55-ə ÇATMADIN
2011-02-19 : Bu da bir il
2011-01-29 : GÖZMUNCUĞU
2011-01-22 : HƏYATIN BİR ANI
2011-01-08 : BAŞLANĞIC
2010-12-31 : BU DA İLİN SONU
2010-12-25 : CAN AĞRISI
2010-11-06 : SEÇİLƏN
2010-10-30 : YARALI DURNA
2010-09-18 : PƏRAKƏNDƏ YAZI
2010-07-31 : Axtarış
2010-07-02 : ÜMİD SORAĞINDA
2010-05-01 : DÜYÜNÇƏ
2010-04-17 : CƏRRAH BIÇAĞI
2010-02-20 : DÖZÜM MƏQAMI
2010-01-30 : AYRILIQ ANI
2010-01-16 : SEÇİM ANI
2009-12-12 : SÜKUTLA SÖHBƏT
2009-11-27 : BƏRAƏT KAĞIZI
2009-11-21 : KÖLGƏLƏR...
2009-10-31 : YARPAQ TÖKÜMÜ
2009-10-10 : CAVABSIZ SUALLAR
2009-09-12 : BİR AN
2009-08-22 : HƏFTƏMİN ACISI
2009-06-20 : XOCALI TOYU
2009-06-06 : UZUN BİR GÜN...
2009-05-23 : VAXTINDA
2009-05-02 : AĞLAYAN BULUDLAR
2009-03-14 : "BƏXTƏVƏRLİK"
2009-03-07 : ANAMA MƏKTUB...
2009-02-28 : ADİ RİYAZİYYAT
2009-01-31 : CAN AĞRISI
2009-01-24 : "ƏZABSIZ ANLAR
2009-01-10 : BƏHANƏ
2008-12-31 : Bazarlıq
2008-12-13 : DƏLİ ADAM
2008-12-06 : FAYDASIZ QAZINTI
2008-11-22 : PULUN VAR?
2008-11-15 : QALXANIN ENMƏSİ
2008-10-18 : ÖMRÜN BİR ANI
2008-10-11 : PAYIZ YAĞIŞLARI
2008-09-28 : MƏKTUBLAŞMA
2008-09-06 : QAYNAR QAZAN
2008-08-30 : ERA
2008-08-23 : OVCUMDA YANAN OD
2008-08-02 : QARIŞIQ YAZI
2008-07-12 : QƏFLƏT YUXUSU
2008-06-28 : ƏRKƏSÖYÜN
2008-06-07 : BAŞ AĞRISI
2008-05-17 : QURUMUŞ GÜLLƏR
2008-04-19 : DAŞ
2008-03-20 : ATHAAT
2008-02-02 : PASİBAN
2008-01-12 : AMERİKA AYISI
2007-12-06 : XƏBƏRDARLIQ
2007-11-24 : QALMAQAL
2007-11-23 : ÇÖKHAÇÖK
2007-11-22 : QIZDIRICI...
2007-11-03 : QOYUN BƏXTİ...
2007-10-27 : AŞİQLİK
2007-10-24 : XƏCALƏT
2007-10-19 : PAYIZ NOTLARI
2007-10-10 : BASARAT
2007-10-06 : ƏBƏDİ ÜNVAN
2007-10-06 : PERSONAJ
2007-10-05 : ÜÇ PÖHRƏ
2007-10-04 : HADİSƏ
2007-10-03 : HAVA
2007-10-02 : ÜZƏRLİK
2007-09-22 : HÖKM
2007-09-15 : VAHİMƏ
2007-09-01 : İNSTİNKT
2007-08-28 : NİYƏ ÖLDÜ?..
2007-08-15 : GÜNAH
2007-08-11 : PARALEL
2007-08-08 : GÜNVURMA
2007-08-07 : SALON
2007-08-04 : HÖRMƏT(sizlik)
2007-07-31 : TELEFON ZƏNGİ
2007-07-28 : QUDUZLUQ
2007-07-26 : BU DA 17 YAŞ...
2007-07-17 : BİLİRSƏNMİ?
2007-07-11 : BAŞAĞRISI
2007-07-04 : MƏNİ TANIMADIN?
2007-07-03 : SERİAL
2007-06-12 : "DEPUTAT OTAĞI"
2007-06-09 : ÖRKƏN
2007-05-25 : QARAVƏLLİ
2007-05-20 : AXSAYAN YERİMİZ
2007-05-05 : MUSA YAQUB -70
2007-05-01 : KƏNDİR
2007-04-20 : ŞƏKİL
2007-04-14 : STRESS
2006-12-08 : YUXU
2006-10-14 : GÜNAH
2006-10-10 : LAZIM GƏLSƏ...
Ücretsiz php script indir film izle hd film izle ikinci el eşya alanlar shell indir hack forumu hacklink satışı
SON XƏBƏRLƏR
2018-12-09
2018-12-08
11:24 ZƏRURƏT
00:53 KƏMALƏ


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Gəlin günahkardır, yoxsa qaynana?

Gəlin (61.54%)
Qaynana (38.46%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Ata uşağı yatırtmaq üçün uşaqla bir yerdə uzanır. Müəyyən qədər vaxt keçəndən sonra ana başını qapıdan içəri salıb yavaş səslə atadan soruşur:
- Nə oldu, yatdı?
Uşaq:
- Hə ana, yatdı...




digər lətifələr
ARXİV
FACEBOOK