hacklink Adalet.az | ATA YURDUMUZDA Adalet.az | ATA YURDUMUZDA Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

ATA YURDUMUZDA

"Niyyət haradırsa mənzil oradır. Atalar sözü"

39472    |   2016-05-28 09:25
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Rus və erməni zülmünü, soyqırımını öz nəslində yaşamış bir ailədə dünyaya gəldim. Atam da, anam da məni millətçi ruhla yetişdirdilər. Kəndimizin ağsaqqallarından Rus ordusunun həm canlı qüvvə, həm də silah-sursat yönündən bütün gücüylə dəstəklədiyi Qaxdağan ermənilərinin kənd əhlinə nə cür zülmlər etdiyini dəfələrlə dinlədim.
Nələr etməmişdilər kig Vəhşi ermənilərin silahsız-müdafiəsiz kəndi Ruslarla birlikdə mühasirəyə salıb xalqı məçidin həyətinə yığdıqdan sonra ata-analarının gözü qabağında əliyalın cavan oğulların əlini-qolunu bağlayıb başlarını kəsərək şəhid etdiklərini, doqquz kvadrat böyüklüyündə və metr yarım dərinliyindəki hovuzu on yaşından kiçik uşaqların kəsik başları ilə doldurduqlarını, qoca kişiləri minaraya çıxarıb başlarını kəsərək yerə tulladıqlarını və çapalayan meyidlərə baxıb qəhqəhə çəkdiklərini, hamilə gəlinlərin qarınlarını silahın nizəsi və ya xəncərlə deşib uşaqları çıxardıqlarını, tutduğu qədər əhalini məçidə doldurub qapısını qıfıllayaraq neft töküb od vurduqlarını, qalan camaata "kənddən çıxın gedin sizinlə işimiz yoxdur" deyib, mal arabalarına mindirərək yola saldıqlarını və kəndin çıxacağından etibarən üç yerdə qurduqları makinəli tüfəkləri (pulemyot) qafiləni sondan, ortadan və başdan gülləbaran edərək qırdıqlarını, 1200 evdən ancaq 155 nəfərin xilas olduğunu, ölənlərin meyidini qurd-quşun yediyini, sağ qalanların qaçıb İrana getdiyini, qışı orda keçirib yazda qayıtdıqlarını və bir il ancaq otlarla, xozan yerlərində bitən buğdaları, arpaları başaq edərək qışı onlarla yola saldıqlarını, illər boyu bu soyqırımın zərbəsi ilə yaşadıqlarını gözyaşlarını sel kimi axıdaraq danışan qocalara qulaq asdım. Uşaqlığımı və ilk gənçlik illərimi bu cür əhvalatların yaratdığı atmosferdə yola saldım. Atamın dediyinə görə bizim tayfamız kəndin dördüncü böyük tayfası imiş və tayfamızdan ancaq beş nəfər xilas ola bilib, qalanları şəhid edilib. Atam da Zəngibasardakı Seyidkənddəki qohumlarımızın yanında olduğuna görə soyqırımdan xilas olub. Yəni rus-erməni həmrəyliyi Xocalıdan qabaq neçə-neçə faciələr yaradıb..
Təbii olaraq millətçi fikirlərlə silahlandım və orta məktəbin ilkin sıralarından başlayaraq Türkçülük yolunda yeriməyə başladım, ömrümün axırına kimi də yeriyəcəyəm.
Gənclik illərimdə Tanrıdan istəyim, ölkə xaricinə ilk səfərimin Azərbaycana olması yolunda idi. Sadəcə bunumu istəyirdimə Azərbaycanı, Təbrizi, Altayı, Tanrı Dağlarını və atamın addım-addım dolandığı dədə-baba yurd yərlərimizi gəzib-görmək ən böyük arzum idi. Tanrının sevimli bəndəsi olmalıyam ki, arzularım birbəbir gerçəkləşdi. İlk xarici səfərim Azərbaycana oldu, sonra Təbrizə getdim, kəçən il Dağlıq Altayda oldum, bu il dəg
Ayın on altısında universitetə getdim. Birinci dərsdən çıxdıqda "idarədən çağırırlar" dedilər. Getdim. Səyavuş Qasımlı bəy, Qafqaz Universitetlər Birliyinin Bişkekdə yığıncağı var, Nazim Müəllim nasazdır sənin getməyini və universitetimizi təmsil etməyinizi istəyir, dedi. Ürəyimdə, bizi bir-birimizə qardaş kimi isinişdirən Türkçülük ideyasının dəyərli bir şəxsiyyəti və Türk dünyasının sevdalısı olan Nazim Bəyə təşəkkür etdim və "Gedərəm" deyərək qayıdıb məni gözləyən sevimli tələbələrimlə daha bir günü keçirdim. Səyavuş bəy bilətimi almış, Şəfayət bəy də iki daşın arasında mənə kartvizit (vizitka) çıxarmışdı. Ertəsi gün gəlib kartvizitləri götürdüm və qayıdaraq əşyalarımı alıb havalimanına yola düşdüm, uçaq ilə İstanbula, ordan da Bişkekə uçdum.
Uçaq gecə saat ikidən sonra yerə oturdu, hər yan qaranlıqdı, şəhərin işıqları da hər bir şeyi düzgün seçməyə imkan vermirdi. Təyyarədən çıxandan sonra bizi qarşılayacaq kəsləri gözüm axtardı, biraz sonra Şəkili bir tələbə olan Elşən yaxınlaşdı, "Müəllim salam, xoş gördük, mən Manas Universitetindənəm sizləri qarşılamağa gəlmişik biraz gözləyək özgə qonaqlar da var, onları da götürüb gedək" dedi. Birazdan Cəlil Nağıyevi gördüm, qucaqlaşıb görüşdük, birlikdə gəldikləri Gəncə Aqrar Universiteti Rektor Müavini Nizami Səyidəliyevi mənə tanış etdi. Saat hardasa dördün yarısında otelə çatdıq və səkkiz saatlıq yol yorğunluğu ilə başımı qoyub yatdım, lakin saat səkkizdə artıq oyanmışdım, yorğunluğum da getmişdi. Çörəyimi yeyib sağa-sola gedib Bişkek haqda fikir sahibi olmaq istədim, ancaq heç bir yeri tanımadığıma görə biraz oralarda hərlənib kor-peşiman otelə qayıtdım, yanımca götürdüyüm Yaşar Kalafatın "Türk İrfanında Qurd" adlı əsərini oxuyub hardasa qurtardım. Ertəsi gün Cəlil müəllim və Nizami bəylə görüşdük. Cəlil Bəy, Hidayət Orucovun burda səfir olduğunu və səfirliyin bir nümayəndəsini bizim üçün yolluyacağını söylədi. Çox sevinmişdim, çünki Hidayət Bəylə 1988-ci ildən tanışıb dostlaşmışdıq, xətrini həddən artıq çox istəyirdim. Birazdan sonra səfirliyimizin attaşesi Elşən Mazanov gəldi, Cəlil bəylə görüşdü, Cəlil bəy məni tanıtdı durub şəhəri gəzməyə getdik.
Küçələri addımladıqca fikrimdə ulu babalarımızın bu torpaqlarda yaratdığı Hun, Göytürk imperiyalarını, Qırğız, Xakas dövlətlərini, buralarda Hun-Qırğız, Qırğız-Göytürk, Xakas-Uyğur qarşıdurmalarını, əllərində yalın qılınc bir-birinə hücum çəkərək öz qanımızı öz əllərilə tökən ulu babalarımızın nərələrinin cingiltisini tarixin dərinliklərindən duydum. Və ölməz milli şairimiz Məmməd Arazın bu misraları qulağımda cingildədi:
"Ey daşlaşan, torpaqlaşan ulu babam,
Bu günümdən dünənimə uzaqlaşan ulu babam,
Küləkləşən, dumanlaşan ruhunla sən
Ayağa dur, səninləyəm..!"
Qırğızıstan da Azərbaycan kimi Rus çarizminin davamçısı olan Bolşevik Sovetin tifaqı dağılandan sonra müstəqilliyini qazanıb.
Elşən Bəy bizi şəhərin ən görülməli yerlərinə apardı. Şəhər, geniş küçələri, ağacları, nəhəng parkları, abidələri ilə görülməyə, gəzməyə dəyər bir məkandı. Ancaq Bişkeki Bakı ilə müqayisə etdiyimdə gördüm ki, iki şəhər arasında azı əlli illik məsafə var. Bakı, vulkan kimi partlayış edərək Bolşevik Sovetin üstünə yığdığı toz buludunu darmadağın edib. Bəzi problemlərinə baxmayaraq Avropanın sayseçmə şəhərlərinin həsəd aparacağı bir gözəlliyə malik olub. Bişkeki gəzib-dolandıqca insanın dilinə istər-istəməz "Bakı hara, Bişkek hara" sözləri gəlib məkan tutur.
Günortadan sonra Hidayət bəyi ziyarətə getdik, köhnə dostlar əyləşib söhbət elədik. Bir müddət sonra Kastamonu Universiteti Rektoru Seyit Aydın və nümayəndə heyəti gəldi, onlarla da beş-altı dəqiqə söhbət edəndən sonra Hidayət bəydən icazə alıb çıxmaq istədiyimizi bildirdik. Peyğəmbərimiz deyib, "Ziyarətin ən xeyirlisi, ən qısa olanıdır". Hidayət Bəy həmişəki kimi diqqətcilliyini göstərdi, səfirliyin həyətinə çıxaraq birlikdə şəkil çəkdirdik və bizi qapıya kimi yola saldı. Hidayət Bəy, indiyə kimi öhdəsinə götürdüyü işləri həmişə uğurla bacarmış həddən artıq ayıq bir ziyalımızdır. Onun uğuru, Azərbaycanımızın uğurudur. Tanrı yardımçısı olsun.
Ardahan Universitetinin Rektoru Ramazan Korkmazın yaratdığı Qafqaz Universitetlər Birliyinin yığıncağında Türkiyə, Azərbaycan, Ukrayna, Gürcüstan, Qüzey Qıbrıs Türk Cümhuriyyəti, İran kimi neçə-neçə ölkələrdən rektorlar, rektor müavinləri və nümayəndələr iştirak edirdi. Yığıncaq öz işini ayın iyirmisində başlayıb iki gündə uğurla başa çatdırdı.
Ertəsi gün gecə artıq qayıdacaqdıq. Səfirliyimizin attaşesi Elşən Bəy təkrar bizimlə idi. Allah saxlasın və onu biz səvənlərinə bağışlasın. Azərbaycan, artıq onu dünya miqyasında müdafiə edə biləcək diplomatlar yetişdirib, öz işini görməyə başlayıb. Azərbaycanımız, Hidayət bəy kimi təcrübəli, aydın fikirli ziyalılara, Elşən Mazanov kimi cəvval oğullara malik olduqca onu heç bir kəs məğlub edə bilməyəcəkdi. Elşən, hər bir Türkün qürur duyacağı, iftixar edəcəyi, şəxsiyyətli, keyfiyyətli, qanacaqlı, işgüzar və ayıq bir kadrdır. Ömrünü Türçülük yoluna həsr etmiş bir insan olaraq Elşən Bəy məndə qürur hissi yaratdı, onunla fəxr etdim. Bunu da deyim ki, Hidayət Bəyin onun yetişməsində böyük əməyi olduğu hər yönüylə hiss olunurdu, Hidayət Bəyi çox sevir və ona hədsiz hörməti var. Hidayət bəyin böyüklüyünün bir nümunəsi də Elşəndir.
Bişkekə getmək məsələsi yarandığı anda Issıkula (Ruslar ona Issıkkul deyir) getmək arzusu ürəyimdə oyanmışdı, ancaq bu arzumu nə cür büruzə verəcəkdim, heç cürə yol tapa bilmirdim. Elşən bəy gəldi, gedib biraz dükanları dolanıb qayıtdıq. Təyyarəmizin minik vaxtına on üç saat vardı. Cəlil bəyə, "Kaş Issıkula gedə biləydik" deyə söylənmək istədim. O da sanki məni ürəkdən duyurmuş kimi, "Elşən, ay bala, Hidayət Bəy yenə də bizimlə görüşərək birlikdə çay içməyimizi istəyir, qoy ona xahiş edim, biz Issıkula gedək, sənə zəhmət olmazsa, bir də nə bilim haçan bura gələcəyik, burlara gəlib Issıkulu görməmək olmaz" deyincə Elşən bəy, "Mən sizi məmnuniyyətlə apararam, Səfir Bəyə deyin, icazə versin gedək" dedi. Cəlil müəllim Hidayət bəylə danışdı və arzumuzu çatdırdı, o da sağ olsun razılıq vərdi. Yarım saat sonra Issıkula doğru yola düşdük. Yol boyu gözüm Tanrı Dağları silsiləsində idi. Bu təpələrdə ulu babalarımız "Turan Taktikası" ilə bir neçə minlik qüvvə ilə Çinin on minlərlə sayıya malik ordularını yüz illər boyu çil cücəsi kimi dağıtmışdı. Hey gidi qoca dünyag! Çarxın çevrilsin fələk..!
Issıkula çatdıq, düz qırağına kimi gedib şəkil çəkdirdik, böyründəki qumluqda yaranan gözyaşı kimi saf bulaqdan ovuclayıb su içdik, sahilində bir balıq restoranında oturub yeməyimizi yedik və qayıtdıq. Yolda qımız satılan bir dükanda dayanıb qımız içdik və biraz da aldıq ki gətirək.
Qəribə duyğular içində idim. Türkiyənin ən ucqar kəndində kasıb bir ailənin üstdən bacalı çadır tipli möhrə evində dünyaya gəldim. Uşaqlığım və ilk gəncliyim o evdə keçdi. Ulu Tanrım rüsxət verdi, yolumda yaranan bütün əngəlləri birbəbir aşmağıma kömək oldu, Türkiyənin paytaxdında villam oldu, əzəli və əbədi yurdumuz müqəddəs Azərbaycanda əvəzsiz dostlar, dostluqlar qazandım, Türk dünyasının ən əziz, ən müqəddəs guşələrini dünya gözü ilə görmək imkanına malik oldum. Qardaş dövlətlərimiz arasındaki dostluğun möhkəmlənməsində illər boyu əlimdən gələni yerinə yetirdim, indi doğma vətənim Azərbaycanımızda, rəhbərliyini Nazim Hüseynli Bəyin yeritdiyi Bakı Avrasiya Universitetində yeni-yeni kadrlarımızın yaranmasında mənim də duzumun olmasına Tanrım Nazim Bəy vasitəsilə imkan verdi. Bundan da böyük xoşbəxtlik olarmıə!
Verdiyin nemətlərinə görə sonsuz təşəkkürlər ey Ulu Tanrım, ey Türkün Tanrısı...


YAZARIN ARXİVİ

2019-02-26 : SALAMLARLA
2018-06-01 : SON ZƏNG
2018-04-28 : YALANÇININ ŞAMI
2018-02-24 : TARİXİ ADDIM
2017-10-21 : NƏ YAZIM?
2017-03-10 : XOCALI-DӘNİZLİ
2017-03-04 : XOCALI-DӘNİZLİ
2016-12-17 : Etimad, kimə???
2016-11-12 : TANRININ DOSTLARI
2016-09-24 : Salam, Dostlar
2016-05-28 : ATA YURDUMUZDA
2016-03-05 : XOCALI HƏFTƏSİ
2015-12-30 : YENİ İL
2015-12-26 : BİZİM DÜNYAMIZ
2015-12-05 : KÜLƏK ƏKƏN...
2015-11-28 : ÜÇ GÖMRÜK
2015-10-31 : SEÇKİLƏRİMİZ
2015-10-17 : KÖÇÜMÜZ
2015-08-29 : ALTAYDAN QAFQAZA
2015-06-20 : KİMDİR QATİL?!
2015-06-06 : LÜKSEMBURQDAN
2015-05-02 : 24 NİSAN
2015-03-14 : 8 MARTIN ARDINDAN
2015-03-07 : XOCALINI ANLAMAQ
2014-12-27 : BODUN
2014-11-29 : XƏZƏRİN MEHİ
2013-10-26 : XƏYALİ
2013-10-05 : ZEHTABİNİ ANDIQ
2013-09-28 : SAĞ OL, BAKI
2013-08-17 : KEÇƏN GÜNLƏR
2013-08-03 : BELƏ DÜNYANIN
2013-03-30 : BAYRAMIN ƏZABI
2013-03-16 : XOCALI HƏFTƏSİ
2013-02-02 : ADIMIZLA BAĞLI
2012-11-21 : VAXT
2012-11-17 : VAXT
2012-09-01 : TİFLİS-BAKI
2012-04-07 : İNGİLİS OYUNU
2012-02-25 : XOCALI DƏRDİ
2011-10-29 : VƏHHABİLİK
2011-10-08 : VƏHHABİLİK
2011-09-17 : ELƏ GÜVƏNMƏK
2011-09-10 : ALTAY BİLİK
2011-08-13 : NƏJDƏT QOÇAQ
2011-06-04 : 28 MAYI ANLAMAQ
2011-05-28 : YALANÇININ ŞAMI
2011-04-16 : SİZ NƏSİNİZ?
2011-04-09 : ANA - OĞUL
2011-03-12 : ONLAR VƏ BİZ
2011-02-26 : XOCALI SOYQIRIMI
2011-02-05 : QURULTAYIMIZ
2011-01-29 : MAŞA SARKİSYAN
2010-10-30 : BAKI QEYDLƏRİ
2010-10-02 : AXTA-MAR
2010-07-10 : 35 QURUŞ
2010-05-15 : ZİDDİYYƏT
2010-04-24 : BAYQUŞLAR
2010-02-27 : TÜRKÜN ANALARI
2010-02-13 : ÇİÇİ
2009-11-27 : TÜRK MİLLƏTİ
2009-10-31 : BAYRAQ
SON XƏBƏRLƏR
2019-11-19


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (93.75%)
Pullsuz (6.25%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
"- Orda danışdığın anektodu mənə də danışa bilərsən?"

"Lavrov: 

- Hansını? Mollanın Teymurla olan fil anektodunu?"



digər lətifələr
ARXİV
FACEBOOK