Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | “Zerkalnı” nömrəli nağıl Adalet.az | “Zerkalnı” nömrəli nağıl Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

“Zerkalnı” nömrəli nağıl

Özü də böyük tamaşaçılar üçün

38763    |   2016-05-28 14:30
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Kim deyir ki, nağıl ancaq uşaqlar üçün maraqlıdı? Bəs böyüklər, elə bilirsiniz onlara nağıl lazım deyil? Dövlət Musiqili Teatrı bu suallara cavab tapıb. Yeni bir tamaşanı teatrsevərlərə təqdim edən kollektiv sübut etməyə çalışıb ki, böyüklər də nağıla maraqla baxırlar. Yetər ki, səhnədə baş verənlər aktual, rəngarəng və inandırıcı olsun.

"Min bir gecə” nağıllarından biri

Biri vardı, bir yoxdu... Yox, belə başlasam çox uzun alınar, yaxşısı budur qısa izah edim. "Min bir gecə” nağılları yadınızdamı? Şəhrizadın 999-cu gecədə danışdığı əhvalatı necə, xatırladınızmı? Dövlət Musiqili Teatrı da məhz bu əhvalatı səhnəyə gətirdiyindən tamaşanı "999-cu gecə” adlandırıb. Pinəçi Maruf acgöz arvadının tələb və istəklərini yerinə yetirməkdə acizdir. Belə yaşayışdan bezən Maruf çıxış yolu axtarır. Təsadüfi bir görüş onu uzaq məmləkətə aparıb çıxarır. Yad məmləkətdə isə bu gənci varlı tacirə oxşadır, ehtiram göstərirlər. Bivec, əlindən-başından bir iş gəlməyən, tamahkar Şah hətta yeganə qızı Reyhanı da qərib və qəribə qonağa ərə verir. Ağıllı və gözəl Reyhan tədbirli hərəkətləri ilə həm varlı tacir rolunu oynamağa məcbur olan pinəçi Marufu, həm də var-dövlət hərisi, bacarıqsız Şahın həyatını xilas edir. Padşahın boşalan xəzinəsi yenidən dolur, pulsuzluqdan sarayı tərk edən rəqqasələr də geri qayıdırlar. Şahı devirməklə Reyhanı özünə arvad etmək istəyən ilan kimi fürsətçi Vəzir də sonda bu ağıllı qıza məğlub olur.

Böyüklər üçün nəzərdə tutulan nağıl müsbət sonluqla bitir, saf hisslər ağıl və səbirlə birləşdiyindən xeyir onu hər addımda təqib edən şər qüvvələr üzərində qələbə çalır.

"999-cu gecə” tamaşasına Gəncə Dövlət Dram Teatrının baş rejissoru İradə Gözəlova quruluş verib. Bu gənc və istedadlı rejissor uğurlu yaradıcılıq işləri ilə qısa müddət ərzində teatr ictimaiyyətinin diqqətini cəlb etməyi bacarıb. İradə xanımın Gəncə teatrının səhnəsində hazırladığı "Evlənmə” (Qoqol), "Dəli yığıncağı” (C.Məmmədquluzadə) tamaşalarının sorağı beynəlxalq festivallardan gəlir. Dövlət Musiqili Teatrının rəhbərliyi də bu istedadlı rejissor xanıma güvənərək onunla yaradıcılıq əlaqələri saxlayır. Bu işbirliyinin nəticəsi sayılan "Kimdir müqəssir?” (Ə.Haqverdiyev) tamaşası maraqla qarşılanıb.

Dövlət Musiqili Teatrının rəhbərliyi milli teatrımızın ənənələrindən xəbərdar, dünya teatrının yeni çağırışlarını yaxşı dərk edən gənc istedadlara "yaşıl işıq” yandırır. Bu xüsusiyyətləri özündə birləşdirən İradə Gözəlova ilə növbəti əməkdaşlıq da hər iki tərəfin xeyrinə olub.

Cinə zəng çatmır...

Gənc rejissor "999-cu gecə” tamaşasında Dövlət Musiqili Teatrının peşəkar kollektivini ətrafına toplayıb. Quruluşçu rəssam Nabat Səmədova, quruluşçu dirijor Fəxrəddin Atayev, quruluşçu baletmeystrlər Zakir və Yelena Ağayevlər, xormeystr əməkdar artist Vaqif Məstanov yeni tamaşanın uğurlu alınması üçün çalışıblar. Ölməz bəstəkarımız, SSRİ Xalq artisti Fikrət Əmirovun "Min bir gecə” baletinə yazdığı musiqilər və onun bu gün də populyarlığını qoruyan mahnıları "999-cu gecə”ni daha da baxımlı edir.

Səhnədə qurulan iki mərtəbəli dekorasiya özü də xeyirlə şərin, doğru ilə yalanın, məhəbbətlə xəyanətin mübarizəsini göstərməyə hesablanıb. Aşağı qat cəhənnəmi, yuxarı qat isə cənnəti simvolizə edir. Pinəçi Maruf (Səmədzadə Xasıyev) arvadı (Gültac Əlili) ilə aşağı qatın sakinidi. Belə arvadla hər yer adama onsuz da cəhənnəm kimidi...

Şah (Məhərrəm Qurbanov), onun qızı Reyhan (Mehriban Zalıyeva), Vəzir (Hüseyn Əlili), Eşikağası (Əliməmməd Novruzov), Tutu (Elməddin Dadaşov) özlərini cənnətdəki kimi hiss edirlər. Üst təbəqənin həyat tərzi, geyim-keçimi də fərqlidi-rəngarəng libaslar, rəqqasələr... Amma Reyhan kimi ağıllı qız olmasa bacarıqsız Şah, xəbis Vəzir gül kimi cənnəti bir günün içində cəhənnəmə çevirərlər. Allah dünyanı belə tamahkar və kütbeyinlərdən saxlasın. Özünü din xadimi kimi göstərən Qazı da (Elçin İmanov) cənnət tərəfdədi. Tamaşanın gedişində yalançı Qazı nağıl qəhrəmanı Cinə çevrilir. Müasir dəbə uyğun geyinən Cin zalda görünməklə sanki tamaşaçılara qarışır. Sehrli üzüyə sahib ağasının əmirlərini də mobil telefonla həyata keçirir. Düzdü, arada Cinin telefonuna zəng çatmır. Gündəlik həyatda belə hadisə ilə azmı rastlaşırıq?

Dahi bəstəkar Fikrət Əmirovun həmişəyaşar musiqisinin müşayiəti altında davam edən şən, oynaq və eyni zamanda düşündürücü "999-cu gecə” tamaşasının premyerası uğurla keçdi.

Kim deyir ki, nağıl ancaq uşaqlar üçün maraqlıdı? Bəs böyüklər? Elə bilirsiniz, onlara nağıl lazım deyil?

Etibar CƏBRAYILOĞLU


İmza:

YAZARIN ARXİVİ

2019-06-14 : Ziya
2019-02-09 : Alim-Maestro
2018-09-14 : Bizi deyirlər...
2018-07-04 : İftixarımız
2018-04-07 : Fəxri Zakir
2017-12-02 : Onun adı Rey
2016-09-30 : ...Sadə Qabil
2016-08-13 : Poeziya, Salam
2016-08-12 : Poeziya, Salam
2016-06-11 : Təhsil elçisi
2015-10-09 : Qadağaya qadağa
2015-08-29 : Birinci 10 il
2015-04-11 : Təzə Ağdamlı
2015-03-20 : Bizim Corc
2014-12-13 : "Kitayski" çex
2014-04-05 : Abini anarkən...
2014-01-11 : Əfsanə bolluğu
2013-12-28 : Sonuncu alman
2013-11-30 : Nə sözün?
2012-08-09 : Gedin və baxın!
2012-05-30 : Məqsədli yazı
2011-08-27 : A+A+A
2011-01-08 : Hamı telekanala!
2010-10-02 : Al bıçağı...
2010-06-19 : Top, tar və...
2009-12-12 : 2012
2009-06-20 : YILMAZ, BU KİM?
2009-03-20 : DAVALI YORĞAN
2008-05-24 : Nazirlər soyunur
2008-04-26 : Qalxa-qalxa gedir
2008-03-30 : Tərcümeyi-hal
2008-03-01 : Mənə "beş" ver
2007-11-10 : Reklamlı yazı
SON XƏBƏRLƏR
2019-09-23


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa "Sevilya"?

"Qarabağ" (42.86%)
"Sevilya" (57.14%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Vaxtilə ölkənin baş antisemiti Mixail Andreyeviç Suslov danışdığı bu anektoda hələ də gülürük.

Sovetin vaxtı.

Bulvara bir çəllək kvas gətirirlər. Satıcı onu qoşqudan açıb satmağa hazırlaşır.

Bir nəfər yaxınlaşır:

-Çəlləyin hamısının qiyməti nə edir?

-Özün hesabla: iki yüz litr, hər bardağı da 30 qəpikdən. Yüz iyirmi manat.

-Al, bu da sənin pulun, get gəz, kef elə. Axşam gəlib boş çəlləyi götürərsən.

-Yaxşı!

Satıcı çıxıb gedir. Kişi plakat açır: "Kvas pulsuzdur”.

Camaat əvvəlcə təəccüblənir. Sonra yavaş-yavaş yaxınlaşır. Sonra növbə, sonra uzun növbə, daha sonra əsl izdiham. Söyüş, hay-həşir. Kimi növbəsiz soxulur, kiminə çatmır. Dava, mərəkə, bıçaqlaşma.

Milis gəlib, izdihamı dağıdır. Təhrikçilərisə qoduqluğa.

Kişini də aparırlar.

Sıxma-boğmaya salırlar.

-Dava salmaqda məqsədin nə idi?

-Qətiyyən belə bir məqsədim yox idi!

-Qeyri-qanuni ticarətlə məşğulsan?

-Camaata havayı kvas paylayırsan. Şahidlər var.

-Deməli oğurlamısan!

-Öz pulumla almışam. İxtiyarım çatır.

-Bəlkə dəlisən?

-Normal adamam. Arayışım var.

-Yaxşı, başa düşdük, biz səni buraxırıq. Ancaq, de görüm, niyə bunu edirdin? Niyə öz pulunu göyə sovurursan? Niyyətin nədir?

- Yaxşı, qoy deyim. Mən artıq yaşlı adamam. Dəqiq bilirəm ki, kommunizmə kimi yaşaya bilməyəcəm. Ancaq çox istəyirdim ki, kommunizmin necə olacağını öz gözlərimlə görüm...

Kommunizmdə...





digər lətifələr
ARXİV
FACEBOOK